25 sentyabr 2024 14:10
77

Zəfər Azərbaycana çox yaraşır

Prezident İlham Əliyev Azərbaycanın ümid çırağıdır. 2003-cü ildə xalqa etdiyi tarixi müraciətində “mən ona özüm qədər inanıram” kəlamını əminliklə söyləyəndə bilirdi ki,İlham Əliyev böyük qələbələrə, tarixi imza atacaq, xalqımızın illərlə həsrətində olduğu arzularının gerçəkləşdirəcək, ümid çırağını yandıracaq. Vətənimiz qüdrətli əllərdədir, xalqı üçün yaşayan lider, adını tarixə qızıl hərflərlə yazdıran Ali Baş Komandan.

               Oğul əmanət ona, Vətən əmanət ona

                O millətə inanır, inanır millət ona.

Lələtəpə zəfəri Noyabr zəfərinin başlanğıcı oldu. Necə deyərlər apreldən noyabra minillik tariximizin ən parlaq səhifəsini yazdıq. Qüdrətli ordu, ruh yüksəkliyi olmadan bu, mümkün deyildi. Məhz Ali Baş Komandanının səyi nəticəsində artıq 2020-ci ilə mütəşəkkil ordumuz formalaşmışdı.

                El bir olsa, dağ oynadar yerindən,

                Söz bir olsa, zərbi kərən sındırar.

Xalqı bir bayraq altında yumuruq kimi birləşdirə bildi İlham Əliyev. “Dəmir yumruq” Qarabağın, Azərbaycanın hüdudlarını aşdı. Bu, haqqın səsi idi. Bu, otuz il həsrətlə gözlədiyimiz, nigaran ruhların məskəni Cıdır düzünün, için-için ağı deyən şəhid analarının, həsrətdən boynu bükük əlləri qoynunda dünyasını dəyişən qocaların səsiydi. Bütün dünya Azərbaycanı, azərbaycanlıları daha yaxşı tanıdı. Xalqlar, millətlər arasında alnımız açıq, üzümüz ağ oldu. Yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində ilk dəfə bütöv Azərbaycanda seçkilər keçirildi, doğma Laçınımızda, Şuşamızda, Kəlbəcərimizdə həyat yenidən canlandı.

Bu il ilk dəfə Qarabağ Universitetinə qəbul elan olundu, yüksək bal toplayan abituriyentlərimizin məhv bu universiteti seçmələri gənc nəslin əbədi-əzəli torpaqlarımıza marağının göstəricisidir.

Onun üçün bu dünyada

Eldən uca heç nə yoxdur!

Prezident İlham Əliyev rəhbərlik etdiyi Azərbaycan bu gün dünya ölkələri arasında öz sözünü demiş, sürətlə modernləşmiş, bölgədə nüfuz sahibi olmuşdur.

Mən “Əziz, Şuşa, sən azadsan” kəlməsindən gözəl kəlmə eşitməmişəm. Doğma Bakımızla Qarabağımızı kilometrlər ayırır. Lakin onları birləşdirən xalqımızın birliyi, sevgisi, səmalardakı şəhid ruhları və bir də qələbəmizin memarı İlham Əliyevdir!

Zəfər sənə yaraşır Ali Baş Komandan!

Şəfəq Bayramova,
YAP Xətai rayon təşkilatının "Cavanşir " 11 ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü, 
245 saylı tam orta məktəbin müəllimi