21 sentyabr 2024 15:10
74

Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı iclası başlayıb

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar iclası başlayıb.

“İki sahil” xəbər verir ki,  iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim parlament seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb