21 sentyabr 2024 17:04
133

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.