20 sentyabr 2024 14:36
78

Rusiya hərbçiləri Kursk vilayətində sərhəd ərazilərinə nəzarəti bərpa edəcək - PESKOVDAN AÇIQLAMA

Kreml Rusiya hərbçilərinin Kursk vilayətinin sərhəd ərazilərinə nəzarəti bərpa edəcəyinə şübhə etmir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hərbçilərimiz öz işini görür, bunu görəcəklər. Nəzarət bərpa olunacaq - necə və hansı şəkildə, təbii ki, burada hərbçilərin planları açıq ola bilməz. Bizim buna heç bir şübhəmiz yoxdur”, - deyə Peskov bildirib. O, Kursk vilayətinin Ukraynanın nəzarətində olan ərazilərdə vəziyyəti fövqəladə vəziyyət kimi xarakterizə edib. Kreml sözçüsünə görə, bu vəziyyət düzəldiləcək.