31 avqust 2024 00:14
437

"Ocaq" sönüb, Sürük cəhənnəmə, Zori!

Deyilənlərə görə, qaniçən uşaq qatilinin vəziyyəti ağırdır

İxtisasca həkim olan, lakin belə humanist peşədə üz ağarda bilməyən bu ikiayaqlı məxluq dünyaya gəldiyi gündən yanız şər işlərlə məşğul olub. Qarabağda separatizmin ideoloji əsasını qoyanlardan biri olan  üzdəniraq "yazıçı" Zori Balayan ikinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizdən sonra qeybə çəkilib. Onun vaxtilə yazdığı və əvvəldən axıradək azərbaycanlılara və türklərə nifrət aşılayan "Ocaq" adlı cızmaqarası hər bir daşnakın stolüstü kitabına çevrilmişdi. Kitab böyük tirajlarla bir neçə dəfə çap olunmuşdu. Onu oxuyanların qanı zəhərləndikcə manyaka çevrilirdilər. Hələ cavan yaşlarında ikən haylar onu daşnakbaşı kimi tanıyırdılar.

O, 1980-cı illərdən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində etnik separatizmi körükləyən bu başabəla "yazıçı" Xankəndidə başlanan bədnam “Miatsum” hərəkatının başçılarından biri olub. Meydanlarda çıxış edərək "Türkləri qırın! Uşaqlarına belə aman verməyin!" deyib ətrafa zəhər püskürən məhz o idi.  Zori Balayan və onun dişi həmkarı, lənətlik şairə Silva Kaputikyan SSRİ prezidenti Mixail Qorbaçovun qəbuluna düşərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsini istəyiblər. Ermənistan Elmlər Akademiyasının prezidenti Viktor Ambarsumyan isə hətta SSRİ Ali Sovetinin iclasında, Mixail Qorbaçovun yanında qorxub-çəkinmədən "Qarabağ Ermənistana birləşdirilməsə qan töküləcək" deyirdi. Əslində bu şəraiti onlara Qorbaçov özü yaratmışdı. İmperiyanın başçısı hayların baş şeypurçalanı idi. Azərbaycan əleyhinə işğalçılıq planları Kremldə cızılır, başıpozuq şeytanlara tapşırıqlar oradan verilirdi. Deyilənlərə görə, SSRİ prezidentinin arvadı Raisa Qorbaçova haylardan külli miqdarda qızıl-birilyant alaraq ərini bu məsələni həll etməyə razı salacağını söz veribmiş. O vaxtlar cərəyan edən hadisələr də bunu təsdiq edirdi. Plana görə, Azərbaycan silahsızlaşdırılır, Ermənistan isə silahlandırılırdı. Belə dəstəyə güvənən hay ideoloqları heç bir maneə hiss etmədən hərəkətə keçmişdilər. Bütün bu illər ərzində fəal şəkildə anti-Azərbaycan siyasəti aparan Zori Balayan Qarabağ separatçılarının əsas ideoloji rəhbəri olub. O, Bakı metropolitenində partlayışların və digər təxribatların sifarişçisi kimi də lənətlənir.

44 günlük savaşdan sonra ictimai həyatdan "sürgün olunan" lənətlik Zori Balayan indi haradadır? Etdiyi cinayətlərə görə yerini bildirməsə də səsi gah Sankt-Peterburqdan, gah Moskvadan, gah da İrəvandan gəlir. Saqqızı peyinə düşən, son dörd ildə aktiv ictimai fəaliyyətdən uzaqlaşan 89 yaşlı Zori Balayan hazırda xəstədir. Yastığı ağır olsun. O, mediaya müsahibə vermir, jurnalistlərdən qaçır. Bir neçə ay bundan əvvəl erməni saytlarından biri onunla əlaqə saxlamağa çalışıb. Lakin Zori Balayan səhhətinin pisliyini bəhanə gətirərək bundan imtina edib, oğlu Hayk Balayan vasitəsi ilə öz sözlərini çatdırıb. “Son 4 ildə onun səhhətində ciddi problemlər yaranıb. Odur ki, ictimai həyatdan çəkilib,”-deyə oğlu bildirib.

Bəli, Azərbaycanın möhtəşəm Qələbəsi Zori Balayan üçün müdhiş xəbər oldu, arzularını gözündə qoydu, üstəlik sağalmaz xəstəliyə düçar etdi. O, yenə də həyasızcasına Qarabağdan olan son xəbərləri izləməyə çalışır. Xankəndidə Azərbaycan Ordusunun hərbi paradı keçirilərkən Zori Balayanın halı pisləşib. Oğlu deyib ki, xəstə Zori Xankəndidə separatçıların 2023-cü ilin yayında keçirdikləri mitinqdən olan kadrlara baxıb. “Sanki dirçəldi…Yumruğunu düyünləməyə çalışdı… Amma bu gün yumruğu qarşı tərəfin prezidenti sıxır…” –deyə bala dığa Balayan ürək ağrısı ilə bildirib. Bəli, başqasına yumruq düyünləyən “dəmir yumruq”dan yaxa qurtara bilməyəcək.

O vaxtdan Zori Balayan dili söz tutar-tutmaz “yenidən dirçəlmək” üçün erməniləri kilsənin ətrafında birləşməyə çağırır. Hayk təəssüflə deyib ki, amma bu gün döyüşmək 1988-ci ildə olduğundan çox çətindir. “İndi insanların inamı itib. İnsanlar parçalanıblar. Bu parçalanma isə bizi gec-tez uçuruma aparacaq”.

Əlbəttə, kim əkirsə onu da biçəcəkdir. Haylar  nə qədər ki, sərsəm ideooloqların ardınca gedəcəklər əlləri daim qanda, başları həmişə qalmaqalda olacaq. Əlləri on minlərlə məsum insanın qanına batan Zori Balayanın körüklədiyi etnik münaqişə regionda yaşayan milyonlarla insana dəhşətli faciə gətirdi. Elə faciə ki, yüz illərlə yaddaşlarda, tarix kitablarında qalacaq. Həm də o faciələri təkcə azərbaycanlılar deyil, haylar da yaşayacaqlar. Cəllad Zori Balayan  bu gün ədalət məhkəməsindən qaça bilsə də tarixin lənəti, günahsız qətlə yetirilən azərbaycanlıların nifrəti əbədi olaraq murdar ruhunu daim incidəcəkdir. Ancaq o, astvasının hüzuruna hansı üzlə gedəcək? Şübhə yoxdur ki, üzüqara gedəcək, çünku günahsız insanlara qarşı törətdiyi qəddar cinayətləri ilə bunu haqq edib. Ən azından, Xocalıda damarını kəsib qanı axıb qurtarana qədər bu dəhşətli ölümü izləyən amansız qatil Zori uşağın ona zillənən məşum baxışlarının təsiri altında əziləcəkdir. Çiynində on minərlə öldürülən insanın vəbalını çəkməli olcaq. Sürük cəhənnəmə, Zori!

Vəli İlyasov, "İki sahil"