27 iyul 2024 11:07
333

Cənubi Koreyanın casusları ifşa edilib?

Cənubi Koreya hərbçiləri Şimali Koreyaya qarşı casusluqla məşğul olan kəşfiyyat bölməsinə təyin edilmiş agentlərin şəxsi məlumatlarının sızması ilə bağlı araşdırma aparır.

“İki sahil”in “Yonhap”a istinadla verdiyi məlumata görə, Koreya Müdafiə Kəşfiyyat Komandanlığı təxminən bir ay əvvəl müəyyən edib ki, məxfi məlumat, o cümlədən xaricdə yerləşən agentlərinin şəxsi məlumatları sızdırılıb və bu, Müdafiə Əks Kəşfiyyat Komandanlığının araşdırmasına səbəb olub.

Bildirilir ki, ifşa olunduğu güman edilən gizli agentlərlə yanaşı, rəsmi tiplomat kimliyi ilə fəaliyyət göstərən agentlər də geri çağırılıblar.

Məlumatların KXDR-yə göndərildiyi güman edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”