23 iyul 2024 23:14
371

Bu gün Avropanın Azərbaycan qazına böyük ehtiyacı var

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirməklə yanaşı, onu həm də günün tələbləri baxımından inkişaf etdirdi. Dünya artıq Azərbaycanı qaz ixrac edən ölkə kimi də tanıyır. Xüsusilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan “Cənub qaz dəhlizi” göstərdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkə necə qlobal layihələri gerçəkləşdirməyə qadirdir.

Azər­bay­can zən­gin tə­bii sər­vət­lə­rə ma­lik öl­kə­dir. Av­ro­pa ilə Asi­ya­nın or­taq qa­pı­sı olan Azər­bay­can, əl­ve­riş­li tə­bii-coğ­ra­fi şə­rai­ti və zən­gin tə­bii sər­vət­lə­ri ilə da­im diq­qət mər­kə­zin­də ol­muş­dur.

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Azərbaycan ərazisi 2/3 hissəsi neft və qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının (“Şahdəniz” və “Ümid”) kəşf olunmuşdur. «Şahdəniz » platformasında 4 istismar quyu qazılmış və onlardan biri fəaliyyət göstərir.  Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir. Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və başqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst, xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır.

Ötən payız TAP həm də Dubayda keçirilən “Gas tech Awards-2021” mərasimində “İlin təbii qaz, LNG və ya hidrogen layihəsi” kateqoriyasında qalib elan olunub. Hər il keçirilən qlobal “Gastech” konfransı ərəfəsində təşkil edilən “Gastech Awards” mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə verilir.

TAP “Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi, dörd seqmentinin sonuncusudur. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri),

 TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir. Qeyd edək ki, Gürcüstan və Türkiyə CQBK və BTƏ (Bakı-Tbilisi- Ərzurum) xətləri ilə 15 ildən çoxdur ki, Azərbaycan qazı alırlar.

 TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak etdilər. Tədbirdə bildirildi ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Ona görə də qarşıda qazı Avropa bazarına vaxtında çatdırmaq, tranzit və istehlakçı ölkələrin hər birinin iqtisadi maraqlarının təmin edilməsinə nail olmaq kimi əsas vəzifə dayanır.

Zaman bu vəzifələrin layiqincə yerinə yetirildiyini göstərdi. Layihənin uğurla tamamlanmasında Azərbaycanın rolu şəksizdir. Bu işdə “Cənub qaz dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən başlayaraq ildə bir dəfə Bakıda keçirilən iclasları mühüm əhəmiyyət daşıyıb.

Trans-Adriatik Qaz Boru Kəmərinin fəaliyyətə başlaması region üçün böyük əhəmiyyət kəsb edən hadisədir. Çünki bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə ciddi dəstək verir. O, eyni zamanda regionda əməkdaşlıq körpülərini möhkəmləndirir, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirir. Ölkəmizdən Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirmək üçün nəzərdə tutulan bu kəmər indi öz uğur salnaməsinin ilk səhifələrinə imza atır.

Təsadüfi deyil ki, TAP az qala bütün dünyanın diqqət mərkəzindədir. Coğrafiyanı genişləndirmək üçün potensial da mövcuddur. Lakin qaz bazarı neft bazarından onunla fərqlənir ki, burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Dövlət başçısı İspaniyanın “El Pais” qəzetinə vediyi müsahibədə bu barədə demişdir: “Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və əlbəttə, bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir”.

  TAP “Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Sistem keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

  Yeni qaz yataqları isə heç də hər gün kəşf olunmur. Həmçinin köhnə yataqlar, ehtiyatları hasil olunduqca gücdən düşür. Bax belə bir zamanda Azərbaycan qazı daha mühüm əhəmiyyət kəsb edir. Brüsseldə ispaniyalı jurnalistin suallarını cavablandırarkən Prezidentimiz qeyd etmişdir ki, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini ödəyir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik: “Siz artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur.

Aytən Cəbrayılova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin İngilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü