22 iyul 2024 11:58
325

Azərbaycan qitənin mühüm qaz təchizatçısına çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi “ 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident çıxışı zamanı Azərbaycanın Avropaya qaz təchizatının uğurlarına və hədəflərinə  toxunub.Bu məqamda Azərbaycan Respublikasında qaz istehsalı və təchizatının tarixi haqqında məlumat vermək istərdim.

Azərbaycanda qazdan geniş istfadə XIX yüzilliyin ortalarından başlanğıc götürür. 1859-cu ildə Suraxanıda fəaliyyət göstərən zavodda ilk dəfə olaraq buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi istifadə edilmişdir. 1902-ci ildə isə elə bu ərazidə qazılan quyulardan biri qaz fontanı vurmuşdur. 

Azərbaycanda sənaye xarakterli təbii qazın istismarı XIX əsrdən start götürür. İntensiv hasilat, struktur və infrastrukturun, müvafiq şəbəkə kompleksinin formalaşması isə XX əsrin 20-ci illərinə təsadüf edir. Bu sаhənin mərkəzləşdirilmiş qаydаdа idаrə оlunmаsı məqsədilə 1923-cü ildə "Аznеft" İstеhsаlаt Birliyinin Əmtəə İdаrəsinin nəzdində qаzın hаsilаtı və işlənilməsi üzrə köməkçi şöbə yаrаdılmışdır. Bununlа dа Аzərbаycаndа qаz təsərrüfаtının təməli qоyulmuşdur. 1936-cı ildə "АzQаz" trеsti, 1958-ci ilin fеvrаl аyındа Аzərbаycаn SSR Kоmmunаl təsərrüfаtı Nazirliyi nəzdində "Bаkqаz" İdаrəsi, bu İdаrənin strukturu təkmilləşdirilərək ulu öndərimiz Hеydər Əliyеv dövlət bаşçısı sеçildikdən iki аy sоnrа 1969-cu ilin аvqust аyındа hökümət yаnındа «Bаkqаz» İdаrəsinə çеvrilmişdir. 1983-cü ildə «Bаkqаz» İdаrəsinin bаzаsındа Dövlət Qаzlаşdırmа Kоmitəsi yаrаnmışdır. Bu Kоmitə 1989-cu ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinə birləşdirilmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli qaz sektorunda təsərrüfatın yenidən qurulması, hasilatın artırılması, servis və xidmət səviyyəsinin yüksəldilməsi, qaznəql sisteminin bərpası mühüm dövləti vəzifə kimi qarşıda durmuşdur. Belə ki, 1992-ci ildə Respublika  ölkə ərazisində yerləşən, müxtəlif strukturlarda fəaliyyət göstərən ayrı-ayrı profilli qaz təsərrüfat təşkilatlarını xalq təsərrüfatının, əhalinin təbii qaz və ondan istehsal olunan məhsullara, məişət qaz avadanlıqlarına tələbatı ödəmək məqsədilə birləşdirərək qazın qəbulu, saxlanması, nəqli, bölgüsü, satışı, təchizatı və digər sahəvi kompleks işlərinin görülməsi üçün "Azəriqaz" Dövlət Şirkətini yaratmışdır. Hasilat və emal komplekləri isə SOCAR-ın tərkibində qalmışlar. 1996-cı ildə isə "Аzəriqаz" Qаpаlı Səhmdаr Cəmiyyəti yаrаdılmış, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə "Аzəriqаz" Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq SOCAR-ın tərkibinə vеrilmiş və hal-hazırda öz fəаliyyətini "Аzəriqаz" İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir.

Prezident İlham Əliyevin çıxışı zamanı bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Azərbaycanın Avropaya ilk qaz təchizatının əsası Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group  enerji şirkəti tərəfindən elan edilməsi ile qoyulub. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır. 2007-ci ilin mart ayında boru kəməri üçün genişləndirilmiş baza layihələndirilməsi başa çatdırılmışdır.

"Şahdəniz" konsorsiumu 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulurdu.  BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

2020-ci ilin avqust ayında Trans-Adriatik qaz boru kəmərinin inşası ilə bağlı işlərin 97%-i yekunlaşıb

Çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir.

Çıxış zamanı Azərbaycanın etibarlı təchizatçı olduğu vurğulanıb. Azərbaycan tarixdə  bir ilkə imza ataraq  Xəzər  dənizini Aralıq dənizi ilə birləşdirən kəməri istismara verib.  Ölkəmiz üç ildən artıqdır ki, mühüm  qaz təchizatçısına  çevrildiyidə qeyd  olunub.

Bütün bu uğurlar Azərbayca qazının dünya bazarına çıxarılması xalqımızın gələcəyinə planlaşdırılmış uğurlu siyasətin nəticəsidir.

Kəmalə Abbaszadə,
Humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü