24 may 2024 16:59
402

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası istiqlal  bəyamnaməsini  imzalaması Azərbaycan dövlətinin müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud oldu.1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Ümummilli Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli  tədbirləri, müdrik siyasəti,  ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev demişdir:  ”Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat  çətin bir vəzifə idi ”.

Bu gün müasir, müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Azərbaycan dövləti bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli  dövlətlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasəti nəticəsində bu gün hər bir Azərbaycan vətəndaşı firavan, müstəqil  Azərbaycan dövlətinin vətəndaşıdır. Qazanılmış naliyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur.

Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu siyasi kursu uğurla davam etdirən cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu  siyasətin nəticəsi olaraq bu gün Azərbaycan müstəqil, beynəlxalq nüfuzu, gücü və qüdrəti  olan dövlətdir.

Prezident İlham Əliyev: ”Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü müstəqil Azərbaycan!”.

Nazilə Məmmədova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 29" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü