22 may 2024 23:02
379

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının dövlətçilik varisidir...

XX əsrin əvəlləri Azərbaycanın dövlətçiliyində əhəmiyyətli dövr oldu. Milli-azadlıq hə­rə­katı 1918-ci ildə “Gülüstan” müqaviləsi ilə ikiyə bölünmüş Azərbaycanın dövlətçiliyinin Ara­zın bu tayında bərpa olunması ilə nəticələndi. Bunu istəməyən siyasi qüvvələr hərbiləş­dirilsə də, hərbi qüvvələr siyasiləşdirilsə də zaman bu hərəkatı dayandıra bilmədi. 1918-ci il mayın 28-də Gürcüstanda – Tiflisdə (Tbilisidə) “İstiqlal Bəyannaməsi” imzalandı. Müstəqil dövlətin elan edilməsi haqqında Azərbay­can Milli Şura­sı­nın qərarı olan “İstiqlal Bəyannaməsi”ni Əhməd  bəy Ağayev (rəis müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nə­sib bəy Yusifbəyov, Nəriman bəy Nəri­ma­nov və başqalarının imza­la­dığı bu tarixi sənəd mayın 30-da radio-teleqramla dünya dölətlərinə çatdırıldı. Bu teleqram dünyəvi siyasətin subyekti olan dövlətin varlığı sənədi kimi tarixləşdi.

“İstiqlal Bəyannaməsi”ndə yeni yaradılan dövlətin dövlətçilik xarakterinin – dövlət idarəçiliyi üçün xalq cümhuriyyəti formasının müəyyənləşdirildiyi, sərhədləri, dövlətin xalqa məxsusuluğu, vətəndaşların siyasi və milli hüquqlarına təminat verildiyi, azad yaşaması üçün zəruri şərait yaradılacağı, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratdığı bildirilirdi.

O illərdə Azərbaycanın siyasi iradəsinə ciddi təsirlər də vardı. Bu təsirlərə və siyasi təhdidlərə görə Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana verməyə məcbur oldu, Azərbaycanın ərazisi xeyli azaldı.

Tarixən yaranan dövlət təkcə qonşu dövlətlərlə deyil, digər dövlətlərlə də siyasi, iqtisadi, mədəni əlaqələr qurub. Dünyanın siyasi xəritəsində boy göstərən Azərbaycan Demokratik Respublikası dünya dövlətləri ilə diplomatik münasibətlər ya­rat­­dı, bəziləri ilə səfirlik, bəziləri ilə nümayəndəlik səviyyəsində qurulan bu münasibətlər dünyəvi siyasətin subyekti olmağın təsdiqi idi. Rəsmiləşdirilən si­yasi əlaqələr dövlətlərarası münasibətləri genişləndirirdi. Müxtəlif dövlətlərlə müqavilələr bağlan­mış­dı.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə böyük əhəmiyyətini, XX əsrin sonunda mənəvi və siyasi rolunu dövlətçiliyin şərtləri əsasında dəyərləndirən böyük tarixi şəxsiyyət Hey­dər Əliyev dəfələrlə bildirmişdi ki, biz demokratik Azərbaycan dövlətini qururuq, buna görə xalqa ­ borc­luyuq. XX əsrin əvvəlləri ilə sonu arasında mənəvi-ruhi, xəlqi-milli bağ­lı­lıq ol­du­ğunu bildirən böyük tarixi şəxsiyyət demişdi ki, "Biz ilk Demokratik Cümhu­riy­yətin yaran­ma­sı gününü əziz tuta­raq, onu Azər­bay­canın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramı­mız­dır". Milli bayramlar isə əbədiyyən qeyd olunur.

Şərqin ilk demok­ratik cüm­huriyyətini süquta yetirən imperiyanın başçısı Məmməd Əmin Rəsulzadədən soruşub ki, "Bu, bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?". Qürurla, bir qədər də təəssüflə səs­lənən kəl­mələr sonralar Azərbaycanın timsalında milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdıran döv­lət­çi­lik tezisi kimi tarixləşdi: "Çox şey verə bilmədik... Amma milli azadlığın nə ol­du­ğunu başa saldıq. Az­­­ca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hür­riy­yət qovğası bizi özü­mü­zə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz".

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində əhəmiyyətli oldu. Xalq Cümhuriyyəti dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssi­sə­lə­ri­nin, mədəniyyət ocaqlarının açılması planlaşdırılmışdı. Ədliyyə sahəsinə xüsusi diqqət yetirilirdi. 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edildi. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konsti­tusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilirdi, Azər­baycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilirdi. Bu hüquqi sə­nədin 32-ci maddəsində qeyd edilib ki, “Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Kons­ti­tusiyasının hazırlanması üçün əsasdır”. Konstitusiya hazırlananda bu maddə böyük sədaqətlə nəzərə alındı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhu­riy­­yətinin 90 illik, 100 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar dövlətçilik tariximizə ehtiramın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusi­yanın TASS informasiya agent­liyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsa­hibəsində bu məqamlara toxuna­raq demişdi ki, bu il –2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib: "Biz demokratik respublikanın 100 illik yubi­le­yini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bi­­lir­sinizmi, tarixə nəzər salanda dü­şü­nür­­sən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik res­­publika məhz azərbay­canlılar tərəfindən yaradılıb. Yəni bu hadisə xalqımızın keçmi­şindən, onun azad­­lıq­sevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxu­yan­da görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəl­səfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyə­tinin yaradılması bizim üçün tarixi hadisədir".

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – Azərbaycan Respublika­sı­nın Prezi­den­ti cənab İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi dava­mı­dır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın xələfi olan Azərbaycan De­mok­ra­tik Cümhuriyyəti ilə bağlı olan qüruru da yaşadır...

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Azərbaycan Demokratik Rspublikasının dövlətçilik atributlarından olan üçrəngli bay­raq ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.  

“Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” -  Heydər Əliyev belə deyirdi..

İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci mayın 25-də Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəs­mi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı da, çıxışı da böyük qürurla qarşılandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin öl­kə­mizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli oldu. Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinə həmişə ehtiram göstərilir.  dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respub­li­ka­sının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriy­yə­tinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın  təsis olunması da bu ehtiramın təzahürüdür.

2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublika­sı­nın Qanunu qəbul olundu. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstə­qil­liyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradıl­ma­sı­nın müəllifi olmuşdur”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə deyib. Ölkə başçısı həm də deyib ki, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – Azərbaycan Respublikasının Prezi­den­ti İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi dava­mı­dır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın varisi olduğu Azərbaycan De­mok­ra­tik Cümhuriyyəti ilə bağlı qüruru da yaşadır... 

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir. 

Səbinə Xasayeva,
Milli Məclisin deputatı