22 may 2024 12:37
343

İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyədir. İki ölkə arasındakı siyasi münasibətlərin və diplomatiyanın möhkəmliyi, bölgədə sabitliyin və sülhün təmin edilməsinə də böyük töhfə verir. Bu mərasimin ən mühüm və təsirli anı ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşmələri idi. 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini  dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.

Bəli, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı mərasimdə çıxış edən Prezident İlham Əliyev bu layihələrin reallaşdırılmasını mühüm tarixi hadisə kimi qiymətləndirdi. Həqiqətən də Azərbaycan bu gün bütün regon ölkələrinin və dost qonşu dövlətlərin inkişafına böyük töhfələr verir. Eyni zamanda da bu layihələrin gerçəkləşməsi ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olur. Bu baxımdan qeyd edə bilərik ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşasında İranın böyük təcrübəsi həlledici rol oynayıb. Dövlət başçımızın dediyi kimi, bu layihə İran-Azərbaycan dostluğunun növbəti təzahürüdür.

Əlbəttə ki, bu dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar. Bu gün də iki dost ölkə istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. İki ölkə arasında əməkdaşlıqda ilk növbədə nəqliyyat layihələri xüsusi rol oynayır. O cümlədən hazırda çox sayda ölkələr üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar İran və Azərbaycan birgə səylər göstəriblər. Bu gün həmin səylərin nəticəsi göz qabağındadır. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hazırda Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil. Bu körpü eyni zamanda həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri