21 may 2024 15:35
234

Qırğızıstan “xarici agentlər"ə 2 ay vaxt verdi: QHT-lər hesabat təqdim etməlidir

Qırğızıstan Ədliyyə Nazirliyi “Xarici nümayəndəlik funksiyalarını yerinə yetirən qeyri-kommersiya təşkilatlarının” reyestrinin aparılması və onların fəaliyyətinin auditinin aparılması qaydası haqqında Əsasnaməni təsdiq edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, indi əsasnaməyə əsasən xaricdən maliyyə alan QHT-lər mayın 16-dan başlayaraq iki ay müddətində müvafiq hesabatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Xarici nümayəndələrin reyestri Qırğızıstanın Ədliyyə Nazirliyi tərəfindən dövlət və rəsmi dillərdə elektron formada aparılır.

Aprelin 2-də Qırğızıstan prezidenti Sadır Japarov “xarici agentlər haqqında” qanunu imzalayıb. Xüsusi yaradılmış işçi qrupu mayın 1-dək onun icrasını ilə bağlı məsələləri həll  etməli idi. Amma Prezident Japarovun sərəncamı ilə müzakirə müddəti noyabrın 1-dək uzadılıb.