05 fevral 2025 18:33
87

Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur

“Bu gün Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmir yolları arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına, o cümlədən Orta Dəhliz layihəsinin həyata keçirilməsinə geniş imkan yaradıb”.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirib.

Baş nazirin qeyd etdiyi kimi, Orta Dəhliz marşrutu Çindən Avropaya və əks istiqamətə konteyner daşımaları üçün istifadə olunan çox mühüm layihədir. Görüşdə bildirilib ki, Orta Dəhlizin inkişafının təşviqi və əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur.

İrakli Kobaxidze Qazaxıstanın enerji resurslarının, xüsusilə neft və neft məhsullarının Gürcüstanın nəqliyyat infrastrukturu və Qara dəniz limanları vasitəsilə nəqlinin artırılması perspektivlərini yüksək qiymətləndirib.