20 may 2024 12:30
353

Azər­bay­can – Bela­rus mü­nasibətləri daha geniş sahələri əhatə etməkdədir

Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki dövlət arasında möv­cud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər oldu. Səfər çərçivəsində Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda dövlət­lə­ra­rası mü­na­sibətlərin qarşılıqlı inama, etibara əsaslandığını xatırladaraq bu səfərin Azər­bay­can – Bela­rus mü­nasibətlərində daha geniş sahələri əhatə edəcəyini də, əlaqələrin şəbəkəsinin genişlənə­cəyini də bildirərək dedi: “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılma­sın­dan gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliy­yatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulub. İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub.  İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Məhz ikitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Sözsüz ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq iş­lə­ri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda quruculuq işlə­ri­nin dinamikasının yüksəldiləcəyini də bildirdi. Vurğulanıb ki, işğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. Prezident Aleksandr Lukaşenko, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib. Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdi. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, daha sonra hər iki liderin digər azad edilmiş torpaqlara ziyarəti, tarixi Şuşa şəhərində bir sıra tədbirlər və açılışlara qatılması xalqımızın yaddaşında əbədi həkk olunacaq

Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdırlar.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri