19 may 2024 15:14
249

Etibarlı tərəfdaş

Tariximizə nəzərsalsaq həmişə dostluq tərədarı olan, tarixi yaddaşlarda dostluq imzaları atan bir xalq olduğumuz həmişə göz önündə canlanır. Təkcə kağızı üzərində deyil bu xalqın imzası. Həm işi ilə, həm əməli ilə yaddaşlarda əbədi imzasını qoyub bu xalq. Görkəmli dramaturq C.Cabbarlının “1905-ci ildə” əsərində belə dəfələrlə xalqımıza xainlik edən bir xalqla dostluğun bariz nümunəsini görürük. Azərbaycanlı Baxış və erməni Sonanın məhəbbət hekayəsi üzərində qurulan pyesdə xalqımızın həmişə sülh tərəfində olması , dərin geneoloji kökə malik olan, estetik qaynaqları və rişələri ilə həyat həqiqətlərinin beşiyindən boy atması, pərvas tapması göz önünə gətirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ölkəmizin qazandığı nailiyyətlər və qələbələr tarixin yaddaşına qızıl hərflərlə həkk olunur. Ümumimilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu yaxşı bilən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısını – İlham Əliyevi dəstəkləyərək onu özunə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafinda yeni bir mərhələ başladı. Belə ki, bir-birinin ardınca Azərbaycan Respublikasında sosial iqtisadi inkişafin sürətlənməsi , günü-gündən ölkınin hərtərəfli inkişafi və sistemli proqarmların əsasının qoyulması inkişafin real dinamikasını təmin edir.

Azərbaycan xalqı və dövləti sözün əsl mənasında etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək ki “Məhz dostluq, qarşılıqlı anlaşma, starteji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir”.

Aygün Cəfərova,
Xətai rayonu, 204 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü