20 may 2024 01:17
360

Dostluq və hörmət əlaməti

Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir. Bu gün diplomatiyada və dünya siyasət arenasında sözü eşidilən Prezident İlham Əliyevin müdrüklüyü, böyük zəka sahibi olması sayəsində mümkün olub.

Azərbaycan Belarusla xüsusi əlaqələrə malikdir. Belə ki, Belarus Azərbaycana kənd təsərrüfatı məhsulları və texnikası ixrac edir. Azərbaycandan müəyən enerji daşıyıcıları alır. Eyni zamanda bir çox ortaq layihələrə imza atmışlar. 

16 may tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizə dövlət səfəri etmiş Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu yüksək səviyyədə qəbul etməsi ölkəmizin mehriban dostlar olduğunu nümayiş etdirdi. Bu görüş münasibətlərin inkişafını və gələcəkdə də fəaliyyətlərin davam etməsini göstərdi. Yaxın vaxtlarda Minskdə keçiriləcək Hökümətlərarası komissiyanın iclasına qədər qarşılıqlı iqtisadi – ticari əməkdaşlıq müəyyən edildi. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalandı.

Ölkə Prezidenti Lukaşenkonu noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etdi. Bu onu göstərir ki, əlaqələr çox səmərəlidir.  “Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkəmizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. “

Bəli, Prezident İlham Əliyev çıxışına məhz bu sözlərlə başlayaraq bir daha dünyaya sülh, dostluq, əminamanlıq tərəfində olduğu mesajını ötürmüş oldu.  Hər iki ölkənin iqtisadiyyatını daha da inkişaf etdirmək üçün əhəmiyyətli məsələlər geniş şəkildə müzakirə olundu. Hər iki Prezidentin ölkələr arasındakı münasibətlərin dinamik inkişafından məmnun qaldıqları danışıqlarda vurğulanıb. 

Bakı, Gəncə, Qəbələ şəhərləri ilə Belarusun Minsk, Qomel və Qrodno şəhərləri qardaşlaşmış şəhərlər olması ilə bağlı memorandumlar imzalanıb.

Bu görüşün ən maraqlı məqamlarından biri prezidentlər birlikdə işğaldan azad olmuş torpaqlara səfər etmələri və cənab İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etməsi idi. Onu da qeyd edim ki, bu əraziləri sıfırdan bərpa etmək lazımdır.  Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnalogiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsindən yararlanaraq işğaldan azad olunmuş torpaqlarda müasir tələblərə uyğun ağıllı kəndlər və şəhərlərin tikinti prosesi daha da sürətlənəcək.

Prezidentlər həmçinin MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər, fikir mübadiləsi aparıblar. Cənab İlham Əliyev çıxışında Aleksandr Qriqoryeviçlə son 20 ildə fəal işlədiklərinin və bu illər ərzində dəyərlərə, xeyirxahlığa, ləyaqətə, dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyi qoruyub saxladıqlarını vurğulayıb. Prezident İlham Əliyev çıxışının sonunda bir daha vurğuladı ki, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri dostluq və hörmət əlaməti kimi qəbul edib.

Ən maraqlı və təsiredici məqam Lukaşenkonun ölkəmiz, ölkə Prezidenti və Ulu Öndərimiz haqqında söylədikləri oldu. O, öz çıxışında qeyd edir ki, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyevlə də yaxşı münasibətimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi çalışırdıq. İlham Heydər oğlyna deyirəm ki, təbiət nadir halda övlada atanın istedadını bəxş edir. Lukaşenkonun ölkəmizi cənnət adlandırması onun səmimiyyətidir.

Nuriyyə Hüseynova,
254 №-li tam orta məktəbin İnformatika müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü