20 may 2024 01:56
384

Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ - ŞƏRH

Azərbaycanın xarici siyasətində dostluq, qardaşlıq, mehriban qonşuluq, tərəfdaşlıq və əməkdaşlıq kimi humanist keyfiyyətlər həmişə ön planda olub. Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də həmişə mükəmməl qərarlar qəbul etməyə müvəffəq olub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil daxili və xarici siyasətimizin təməlində müdriklik və müqəddəslik dayanır. Məhz buna görə də bu siyasət keyfiyyət və kəmiyyət baxımdan olduqca yüksək nəticələr verir. Bu uzaqgörən siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük ustalıqla davam etdirilir. Cənab Prezidentin apardığı daxili və xarici siyasət dahi siyasət və dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və idarəetmə ənənələrindən ilhamlanır. Ata yolunun layiqli davamçısı kimi fəaliyyət göstərmək və bununla da öz ölkəsinin hərtərəfli inkişafını təmin etmək cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin böyük uğurlarından biridir.

Bu gün müstəqil Azarbaycan Respublikası öz tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Azərbaycan dünyaya tarix dərsi keçir. Azərbaycan bütöv və qüdrətli bir ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Bu baxımdan ölkəmizin xarici siyasətdə əldə etdiyi misilsiz nailiyyətlər xüsusi önəm daşıyır. 

Azərbaycan bütün ölkələrlə eyni münasibət qurur. Birlik, bərabərlik, həmrəylik, sülh və sabitlik Azərbaycan xalqının xislətindədir. Bizim tərcümeyi-halımızda yad əməllər heç vaxt olmayıb. Hər bir millət, hər bir dövlət bizim üçün dəyərlidir. Bu cəhətdən Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyəti var. Belə ki, Azərbaycan-Belarus münasibətləri bu səfərlə yeni mərhələyə qədəm qoyur. Aparılan geniş danışıqlar, qəbul edilən qərarlar, imzalanan sənədlər, atılan addımlar ölkələrimiz arasında qurulan geniş əlaqələrin çox möhkəm olduğunu göstərir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksand Lukaşenkonun  Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat Azərbaycan-Belarus münasibətlərinin tarixində vacib bir bir hadisədir. Prezident  İlham Əliyev iki ölkə arasında bütün sahələr üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan-Belarus əlaqələrinin hətrərəfli şəkildə inkişaf etdirilməsi hər iki ölkənin marağında və diqqət mərkəzindədir. Ölkə başçıların bu bəyanatda səsləndirdikləri fikirlər Azərbaycan-Belarus münasibətlərinin uğurlu gələcəyindən xəbər verir.

Azərbaycanın işğaldan azad edilən ərazilərində genişmiqyaslı quruculuq işləri gedir. Mənfur düşmənin viran qoyduğu müqəddəs torpaqlarımızda həyat yenidən canlanır. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun işğaldan azad edilən ərazilərə səfəri Azərbaycan-Belarus münasibətlərinin inkişafına təkan verən mühüm amillərdən biri kimi dəyərləndirilir. 

Bəli, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çevik, dinamik, düşünülmüş və nəticəyönümlü xarici siyasət Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzlu, qüdrətli və əyilməz bir ölkə kimi qəbul edilməsinə və bütün ölkələrlə mütərəqqi münasibətlər qurmasına səbəb olmmuşdur.

Şükran Mustafayev,
Bakı şəhəri, 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü