18 may 2024 00:13
376

Dövlətə, dövlətçiliyə müxalifət olan AXCP-nin iflası zərurətdən doğan reallıqdır

Heç kimə sirr deyil ki, siyasi dialoqu inkar edərək təkidlə mitinq tələb edən AXCP sədri Əli Kərimlinin əsas məqsədi ölkədə iğtişaş, qarşıdurma yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır

Son zamanlar radikal müxalifət düşərgəsinin öncüllərindən olan AXCP-nin xaricdəki bədxahlarımızdan aldığı tapşırıqlar əsasında fəallaşdığı göz önündədir. Bu təşkilatın rəhbəri Əli Kərimli, necə deyərlər, öz dəstəsini “səfərbərliyə” alaraq var gücü ilə xaricdəki qərəzli dairələrin ləyaqətsizcəsinə dövlətimizə qarşı apardıqları informasiya müharibəsinə xəyanətkarcasına öncüllük edirlər. Xüsusən də çağdaş dövrümüzdə informasiya müharibəsinin cəmiyyətin inkişaf mərhələsində mühüm əhəmiyyətini nəzərə alsaq, o zaman burada əsas məqamlara diqqət etməliyik. Vaxtilə Sovetlər Birliyinin xüsusi xidmət orqanı olan KQB tərəfindən yaradılan AXC (sonradan bu qurum partiyaya çevrildi) uzun illərdən bəridir ki, bəzi Qərb ölkələrinin təhlükəsizlik qurumlarının və neoimperialist dairələrin əlində bir alətə çevrilib.

Təbii ki, bütün bunlar gəlişi sözlər deyil. Bu məslələrlə bağlı kifayət qədər faktlar mövcuddur. Dəfələrlə şahidi olmuşuq ki, dövlətçilik və milli şüur anlayından kasad olan AXCP-nin “başbilənləri” gecələr, necə deyərlər, məlum dairələrin təmsilçiləri ilə qaranlıq görüşlərində tapşırıqlar alırlar, səhər də o görüşlərədən aldıqalrı əmrlərlə, necə deyərlər, “müxalifət” olurlar.

AXCP sədri Ə.Kərimli və onun ətrafındakı tör-töküntülər bütün bunları nə qədər gizlətməyə çalışsalar da həqiqətlər mütləq ortaya çıxır. Bütün bunlar AXCP-nin təxminən 30 illik müxalifətçilik nağılının anatomiyasını təşkil edir. Bu cür kölə və xəyanətkarlıq təfəkkürü, psixologiyası ilə yaşayan “cəbhəçilər” hələ də öz xain, məkrli missiyalarını, antimilli mövqelərini ardıcıl olaraq davam etdirirlər. Həm də elə bilirlər ki, baş verənlərdən heç kimin xəbəri yoxdur. İş orasındadır ki, dəvəquşu effekti bu psevdosiyasətçilərin vəziyyətini çıxılmaz edib.

Hamımız yaxı bilirik ki, ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişafı ölkəmizin başçısının dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında dialoq mövcuddur. Təbii ki, söhbət iqtidar-müxalifət dialoqundan gedir. Çox təəssüf ki, bəzi xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, bu dialoqa hər vəchlə mane olan qüvvələrin önündə AXCP gedir. Antimilli ünsürlərin yuvasına çevrilən bu təşkilatın “başbiləni” Əli Kərimli cəmiyyətdə siyasi qarşıdurma, pozuculuq, bölücülük, intriqa və təfriqələr yaratmaq üçün ən çirkin vasitələrə əl ataraq hazırda intensiv və yüksək səviyyədə olan iqtidar-müxalifət dialoquna qarşı qara piar kampaniyası aparır, əsassız iddiaları, müxtəlif bəhanələri, məkrli planları, oyunbazlıqları ilə bu prosesə kölgə salmaq üçün min bir oyundan çıxır. Nə baş verir? Dialoq nədir? Təbii ki, tərəflər arasında mübahisəli məsələlərin danışıqlar, müzakirələr, qarşılıqlı razılaşmalar yolu ilə həll edilməsi. O zaman dağıdıcı müxalifətin “liderciyi” nədən siyasi dialoqdan qaçır?

Heç kimə sirr deyil ki, siyasi dialoqu inkar edərək mayın 19-da mitinq tələb edən AXCP sədri Əli Kərimlinin əsas məqsədi ölkədə iğtişaş yartamaq və necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Şübhəsiz, ölkənin ictimai-siyasi məkanında mövcud olan konsrtuktiv müxalif qüvvələrdən fərqli olaraq radikallaığı, pozuculuğu ilə cəmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan məhrum olan AXCP sədri Ə.Kərimlinin və onun ətrafındakıların əsl məqsədləri xaricdən aldıqları sifarişlərə və qrantlara əsasən sosial şəbəkələrdəki trolları vasitəsilə, eləcə də mitinq-şoularla cəmiyyətdə gərginlik yaratmaqdır. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız söyüş dolu şüarlarla gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Axı alınan pulların müqabilində xidmət göstərmək lazımdır.

Belə bir söz var: bütün qalibiyyətlər təsdiqdən, bütün məğlubiyyətlər isə inkardan yaranır. AXCP-nin məğlubiyyətinin əsas səbəblərindən biri məhz pozuculuq və inkarçılığıdır. Müxalifətçilik adı ilə ölkədəki siyasi-ictimai məkanı çirkab və mənəviyyatsızlıq bataqlığına çevirmək istəyən qaragüruhçulardan və dağıdıcılardan ibarət virtual müxalifətin belə çirkin əməlləri çox haqlı olaraq cəmiyyətimizin ciddi etirazı ilə qarşılanır. İctimaiyyətin bu marginllara qarşı çox güclü etirazı bir daha göstərir ki, rasional düşüncədən və kreativ yanaşmadan məhrum olan, dövlətə və dövlətçiliyə qənim kəsilən AXCP-nin və bu qurumun rəhbəri Ə.Kərimlinin antimilli fəaliyyəti artıq iflasa uğrayıb…

Zahid Rza, “İki sahil”