14 may 2024 15:49
408

Gənc nəslin təlim-tərbiyəsində ailənin rolu

Yeniyetmə və gənclərin asudə vaxtının və istirahətinin təşkili ən aktual problemlərdən biridir. Əlbəttə ki, bu işdə ailənin rolu xususi əhəmiyyətə malikdir.  Ənənəvi olaraq ailədə valideynlər kicik yaşlı uşaqlarla yeniyetmə və gənclərlə olduğundan daha cox vaxt kecirirlər. Ailənin təsirini azaldan amillərdən biri də budur ki, şəhərlərdə yeniyetmə və gənclər oz ailələrindən ayrı yaşamağa nisbətən tez başlayırlar. Ailədə yeniyetmə və gənclərin asudə vaxtının və istirahətinin şən, mənalı və məzmunlu kecirilməsi digər ailə uzvlərinin də sağlam və gumrah olmalarına şərait yaradır, zehni və fiziki yorğunluğu bərpa edir, ailə uzvləri arasında unsiyyət munasibətlərinin səmimi olmasına komək edir, xoş əhval-ruhiyyə təmin olunur. Belə olduqda yeniyetmələr, gənclər dərslərə daha yaxşı hazırlaşır, ictimai işlərdə həvəslə və fəal iştirak edirlər.

Bir vacib məqam isə budur ki, ailədə yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə psixoloji amillər də ciddi təsir edir. Ailənin əsas tərbiyə imkanları, ailədaxili munasibətlər, o cumlədən valideynlərlə uşaqlar arasında formalaşan qarşılıqlı munasibətlərlə muəyyən olunur.

Təbii ki, ailə uzvləri bir-birilərinə hormət və qayğı ilə yanaşırlarsa, ailə daxilinə qarşılıqlı yardım etmək hissi hokm surürsə, tərbiyəvi təsir vasitələrinin gucu də cox olur. Uşaqların həm fiziki, həm də mənəvi sağlamlığı ailədaxili psixoloji muhitdən bilavasitə asılıdır. Davamlı psixoloji gərginlik şəraitində valideynlərin uşaqlar uzərində nəzarəti zəifləyir. Yeniyetmə və gənclərin asudə vaxtının ailədə səmərəli təşkili, həmin ailədə mədəni vərdişlər tərbiyəsinin qorunması ilə şərtlənir.

Muasir şəraitdə ailənin tərbiyə sahəsində başlıca vəzifəsi butun uşaqların, xususən, yeniyetmə və gənclərin davranışının, tələbatının, arzu və meyllərinin yeni ictimai tələblərə uyğun, məqsədyonlu, duşunulmuş, ağıllı qaydada təşkili yollarını muəyyən etməsidir.

Zaman Məmmədli,
BSU-nun 4-cü kurs tələbəsi