14 may 2024 11:23
3147

Nəyi lazım biliriksə, onu da edəcəyik!

Bu gün qürur və fəxrlə qeyd edirik ki, otuz iki ildən sonra vətəndaşlarımız doğma Şuşaya qayıdaraq öz ata-baba ocaqlarına dönə biliblər. Əlbəttə ki, bu qayıdış böyük bir qayıdış olaraq Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, əziyyəti hesabına əldə olunan böyük bir qayıdışdır. Biz artıq bütöv bir Azərbaycanda yaşayırıq.May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın məhz Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Ölkə başçı sakinlərlə görüşdə qeyd edib ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”.

Bu gün qürur və şərəflə qeyd edirik ki, doğma Azərbaycanımız iqtisadi cəhətdən eləcə də güclü ordu potensialını yaradaraq dünya ölkələri sırasında öndə olan bir dövlətə çevrilə bilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı olan cənab Prezidentimiz bu gün hər bir azərbaycanlının sözün həqiqi mənasında böyük qarantıdır. Sözsüz ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində əldə olunan qələbə sevinci ilə əbədi olan Zəfər tarixi ilə fəxr edir və edəcəkdir.“Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər”.Otuz il Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktlarına göz yuman Qərbin bəzi ölkələri rəsmi Bakıya dəstək olmaq əvəzinə, regionu bu müddət ərzində terrora məruz qoyan Ermənistana arxa durmaqla ədalətsizliyi dəstəkləməyə çalışdılar. Fransa və ABŞ erməniləri boş vədlərlə ümidləndirərək, regionda yaranmış yeni reallıqları dəyişdirməyə can atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizə qarşı qurulan bütün məkrli planlar uğursuzluqla nəticələndi. Azərbaycan liderinin beynəlxalq hüquq normaları çərçivəsində yürütdüyü mükəmməl siyasət nəticəsində erməniləri özlərinin geosiyasi ambisiyalarının qurbanına çevirən qeyri-regional dövlətləri “tərksilah” etdi.

Müzəffər Ali Komandan İlham Əliyevin zərgər dəqiqliyilə yürütdüyü siyasət otuz il Qarabağ problemini ancaq dondurmağa çalışan keçmiş Minsk qrupunu yenidən canlandırmağa cəhd göstərən dövlətlərin planlarını iflasa uğratdı, istəklərinin üzərindən qalın qara xətt çəkildi.Qərbin ermənipərəst ölkələri Azərbaycan xalqının ədalətli səsini eşitməli, regionda möhkəm sülhün yaradılması istiqamətində aparılan prosesə müdaxiləsini dayandırmalıdır. Ölkə başçısının vurğuladığı kimi, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Vaxtilə erməni quldurlarının işğal etdiyi Şuşa artıq dörd ildir ki, azad nəfəs alır və bu gün yenidən doğulur. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Şuşa xalqımızın döyünən ürəyi, mənəvi simvolu, şərəfi, iftixar və ləyaqətidir. Nəyi lazım biliriksə, onu da edəcəyik!” Bu vaxta kimi Prezident İlham Əliyev nə deyibsə, sözünə sadiq qalıb, həm vədlərinə, həm xəbərdarlıqlarına uyğun şəkildə Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun nəticələr əldə edib, bunu hətta bəzən düşmən də etiraf edir. Odur ki, ötənlərdən dərs götürsün biriləri, yoxsa...İlham Əliyevin “nəyi, nə zaman, necə etməyi” mükəmməl şəkildə bildiyinə kimsənin şübhəsi yoxdur, artıq bu ifadə ölkə miqyasından kənarda da dillər əzbəridir. Amma bu dəfə fərqli ifadəni eşitdik: “Nəyi lazım biliriksə, onu da edəcəyik!”Qarabağ Fatehi, Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinə köçən ilk sakinlərlə görüşü möhtəşəm atmosferdə keçdi.

İşğal illərində məcburi köçkünlərimizlə çoxsaylı görüşlər olub, özü də cənab Prezident doğum günlərini məhz onlarla görüşə həsr edirdi, ümid verirdi, inandırırdı: “QAYIDACAĞIQ!!!” Budur, zəngilanlılardan, füzulililərdən, laçınlılardan sonra şuşalılar da Evə dönürlər! Xalqımızın taleyində bundan gözəl nə ola bilər?! Şuşalılar 32 ildən sonra doğma Şuşaya, qala şəhərə qayıtdılar! Zəbt olunduğu illərdə murdar düşmənin ayaqları altında inləyən Şuşa torpağı öz sakinlərinə əmanət edildi cənab Prezident tərəfindən! Dövlət başçımız görüş zamanı bu zəfəri bizə qazandıran igidlərdən danışdı, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”, söyləməklə növbəti dəfə nə qədər böyük ürək sahibi, qədirbilən lider olduğunu nümayiş etdirdi. Həqiqətən də Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik.

Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Bu birliyi, bu əzmi təmin edən həm də prezident kürsüsünü haqq etdikdən sonra “hər bir Azərbaycanlının Prezidenti olacağam”, deyərək and içən Liderdir.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü