13 may 2024 02:29
351

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı hörmət  və etimad üzərində qurulub

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Əlaqələrimizin zəngin tarixi vardır.

Qarşılıqlı hörmət  və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edir və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşmışdır. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yükdaşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir.

May ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə bir sıra məsələlərə toxunulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdir: “Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda  olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları – hamısı çox yaxşı  səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən – Veliko Tırnova və Şuşadan olan təmsilçilər  də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.”

Sonra Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ənənəvi səmimi qonaqpərvərliyinə görə təşəkkür   etdi. Enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnun olduğunu bildirdi.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri