Azərbaycan və Slovakiyaarasında diplomatik əlaqələr 1993-cü ilin noyabrın 23-də qurulmuşdur. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri sayılan ikitərəfli əməkdaşlıq yeni istiqamətlər üzrə inkişafa zəmin yaradır. Slovakiyanın Baş nazirinin Azərbaycana səfəri və Bakıda keçirilən görüşlər iki dövlət arasında gələcəkdə bu münasibətlərin daha da dərinləcəyi və müsbət dinamikaya keçəcəyi barədə danışmağa əsas verir.
Slovakiya Azərbaycanla yalnız siyasi deyil, həmçinin iqtisadi sahədə də layihələrin həyata kecirilməsində müstəsna rola sahibdir. Slovakiya-Azərbaycan tərəfdaşlığında strateji mövqe cəhətdən Birgə Bəyannamə imzalanmışdır. Slovakiya həmçinin Azərbaycanla kənd təsərrüfatı, enerji, inşaat ,sahəsində əməkdaşlıq edir və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. 2023-cü ilin aprelində “Həmrəylik Halqası “ adlanan sənəd imzalanıb. Bu sənədə əsasən Azərbaycan qazı Slovakiya bazarına nəql ediləcək.
Azərbaycan -Slovakiya mədəni münasibətlərini inkişaf etdirmək məqsədilə 4 dekabr 2008-ci ildə Bakıda Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb. 18 fevral 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Slovakiyada səfərdə olub. Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni , turizm sahələrində əlaqələrin inkişafı,həmçinin parlamentlərarası münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə edilmişdi. Ölkələrimiz arasında bugün imzalanan Azərbaycan –Slovakiya sənədləri strateji əhəmiyyəti ilə seçilir. “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” və “Azərbaycan Resbublikası ilə Slovakiyya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”.
Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlığa söykənir və bu uğurlu əməkdaşlıq gələcək münasibətlərin inkişafına əhəmiyytəli dərəcədə təkan verəcəyindən ümidvarıq.
Şəhla Verdiyeva,
Xətai rayonu, 260 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü