03 may 2024 11:33
464

Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getdi. Qeyd etmək lazımdır ki, bu səfərin özəlliyi işğaldan yenicə azad etdiyimiz Füzulidən, Qarabağın hava qapısı olan Füzuli hava limanından birbaşa Avropanın mərkəzi Almaniyanın paytaxtı Berlinə edilməsi ilə bağlı idi. Füzulidən Berlinə ilk uçuş olduğu üçün bu səfər tarixi səfər kimi dəyərləndirilməlidir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızın beynəlxalq arena üçün əhəmiyyəti də əsas mövzudur. Çünki həm Qarabağ, həm də Şərqi Zəngəzur  iqtisadi rayonlarının təbii zənginliyi və ekoloji təmizliyi xarici sərmayədarların buraya yatırım qoymalarına ciddi maraq yaradır. Elə bu səbəbdəndə indi həm Azərbaycan dövlətinin, həm də xarici sərmayədarların həyata keçirdikləri layihələr nəticəsidələ burada böyük tikinti öumu yaşanır.

Prezident İlham Əliyev Almaniya səfyərində birmənalı olaraq bildirdi ki, işğaldan azad olunan ərazilərə yatırılan səramyələr tam şəffaf şəkildə həyata keçirilir. Xüsusilə Azərbaycan dövləti postmüharibə dövründə Qarabağ və  Şərqi Zəngəzur  iqtisadi rayonlarının yenidən qurulması üçün 12 milyard manatadək dövlət vəsaiti ayırıb. Ölkəmizin başçısı  davamlı olaraq həmin ərazilərə şəxsən səfər edərək işin gedişi və şəffaflığı ilə maraqlandığını da bildirib.

Bu gün dövlətimizin əsas hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir və Prezidentin təkliflər portfelində də məhz investorları bu bölgəyə xüsusi bir xətlə keçib. Məlumdur ki, təhlükəsizlik məsələsi investorlar üçün vacib amildir.  Ölkəmizin başçısının Almaniyada “Petersberq İqlim Dialoqu” çərçivəsində təşkil edilən tədbirlərdə çıxışı, verilən mesajlar xüsusi ilə diqqəti çəkir. Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın önəmindən də danışıb.

Hal- hazırda qloballaşan dünyanın əsas  mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Bu mənada Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışan və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olmağı qarşısına məqsəd kimi qoyub. Ölkə ərazisində 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Qeyd edək ki, 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4faiz artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir.  Mövcud geosiyasi gərginliklər fonunda Avropa enerji təhlükəsizliyi baxımından çətinliklərlə üzləşib. Azərbaycan isə həm zəngin enerji resurslarına, həm də Avropayadək uzanan müasir nəql marşrutuna malikdir. Bu kimi səbəblərə görə də Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınada artan rolunu yüksək dəyərləndirir.

Rəsmi Berlin  Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurlar da Almaniyada keçirilmiş görüşlərdə gündəmə oldu. Bunun müsbət addım olmaqla yanaşı regionda sabitliyin təminatına xidmət etdiyi vurğulandı. Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərin bundan sonra da davam etdiriləcəyi, ölkəmizin sülh gündəliyinə sadiq olduğu qeyd edildi. Eyni zamanda Almaniya ölkəmizin Avropa İttifaqı məkanında ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına ciddi önəm verir. Azərbaycandakı davamlı siyasi sabitlik və əlverişli investisiya mühiti Almaniyanın işgüzar dairələrinin ölkəmizə artan marağını şərtləndirən əsas amillər qismində çıxış edir.  Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. 

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri