01 may 2024 15:24
362

Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam edir

Azərbaycanın tarixində ən mühüm dönüşlərdən biri olan Qarabağ müharibəsi ölkənin ərazi bütövlüyünü və milli müstəqilliyini qorumaq üçün mübarizənin simvoludur. Bu müharibədə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və iradəsi sayəsində torpaqlarımız işğaldan azad edilmiş və köçkünlər öz dədə-baba torpağına qaytarılmışdır. Bu prosesi yerinə yetirmək ən vacib mərhələlərdən biridir.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü qorumaq və ictimai sülhü təmin etmək üçün səmərəli siyasət yürüdən bir liderdir.  Birinci Qarabağ müharibəsi zamanı ölkədə milyonlarla insan evindən məcburi köçkünlüyə səbəb olmuş, yurdsuz-yuvasız qalmışdır. Bu məcburi köçkünlük dövrü Azırbaycanın daxili və xarici siyasətində dəyişikliklərə səbəb olmuş və ölkənin tarixində önəmli bir məqam tutmuşdur. Prezident İlham Əliyev bu  mənada öz liderliyi və iradəsini nümayiş etdirərək ərazi bütövlüyüümüzü təmin etmiş və keçmiş köçkünlərin dədə-baba torpaqlarına qayıtması prosesi başlamışdır. 

İlk əvvəl o, torpaqların azad edilməsi üçün hərbi əməliyyatların aparılması ilə bağlı strateji planlar hazırlamış və planların həyata keçirilməsində liderlik etmişdir. Hərbi əməliyyatların nailiyyətlə qərara alınmasında onun liderlik və iradəsi əsas rolu oynamışdır.  Ümumən deyə bilərik ki, Prezident İlham Əliyevin liderliyi və iradəsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici faktor olmuşdur.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarını işğaldan azad etmək və öz köçkünlərinin torpaqlarına qayıtmasının təmin etmək üçün müstəqil bir yol seçdi. Bu liderlik Azərbaycanın tarixinin ən həyəcanlı və həssas dövrlərindən birini təşkil etdi. Bu müharibə sadəcə əraziyə dönüşü deyil, bəlkə də həyatın yenidən bərpa edilməsini simvolizə edirdi. İlham Əliyev bu prosesdə öz liderliyi və iradəsi ilə ölkəsinin vətəndaşlarının həyatında dönüşü səmərəli şəkildə idarə etdi.

“Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və proses davam etdirilir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Konsleri Olaf Şolts ilə birgə mətbuat konfrasında deyib.

Bu ilin sonuna qədər 20 min məcburi köçkünün dogma yurduna qayıdacağını bildirərək dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna , Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək  qayıdır. “Bu ümümxalq məsələsidir. Torpaqlarımızın azad edilməsi necə ümümxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümümxalq məsələsidir.”

Böyük liderlər ən çətin dönəmlərdə belə inamlarını və göstərmələrini bacarır. İlham Əliyevinliderliyi sadəcə tarixi bir səhifəni dəyişdirmir, həm də insanların həyatlarını və ümidlərini bərpa edir.

Şəhla  Babayeva,
Bakı şəhəri, Xətai rayon 59 № li tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü