“Adidas” Almaniya millisinin 44 nömrəli formasının hazırlanmasını nasistlərə görə əngəlləyib.
“İki sahil” xəbər verir ki, bu barədə “Sport Bild”ə şirkət nümayəndəsi Oliver Bryugen məlumat verib.
Adidas firması, məhz bu rəqəmin şrift səbəbindən nasistlərin simvoluna bənzədiyi üçün, Almaniyanın yığmasının formasından çıxaracağını vurğulayıb.
“44 nömrəyə mümkün qədər tez məhdudiyyət qoyacağıq. Adidas təxminən 100 ölkədən insanları işə qəbul edir. Müxtəlifliyi və inklüzivliyi təşviq etmək öhdəliyi götürür və bir şirkət olaraq bütün sahələrdə ksenofobiya, antisemitizm, zorakılıq və nifrətə qarşı fəal şəkildə kampaniya aparırıq”, - deyə məlumatda bildirilir.