DÇ-2026-nın Argentina - İspaniya finalında ilk və ikinci hissə arasındakı fasilənin müddəti 17 dəqiqə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilir ki, FİFA final iştirakçılarını bu qərarla bağlı artıq məlumatlandırıb.
Fasilənin 11 dəqiqəsi Madonna, Şakira və Castin Biberin çıxışlarına həsr olunacaq. Qalan 6 dəqiqə isə səhnənin quraşdırılması və sökülməsi, həmçinin meydançanın ot örtüyünün suvarılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, DÇ-2026-nın final matçı çərçivəsində keçiriləcək Argentina - İspaniya görüşünün start fiti iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.