17 iyul 2026 21:21
105

Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı

"Vest Hem"in kapitanı Cerrod Bouen komandasının İngiltərə Premyer Liqasını tərk etməsinə baxmayaraq klubdan ayrılmaq niyyətində deyil.

“İki sahil” xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı cinah hücumçusu müqaviləsinə edilən dəyişikliklərlə razılaşıb. Yeni razılaşmada müqavilənin müddəti dəyişməyib və Bouen 2030-cu ilədək "Vest Hem"də qalacaq. Bununla yanaşı, müqaviləyə onun növbəti mövsümdə də komandada qalmasını nəzərdə tutan bənd əlavə edilib.

Daha öncə İngiltərə millisinin üzvü ilə "Çelsi", "Mançester Yunayted" və "Liverpul"un maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Bouen ötən mövsüm "Vest Hem"in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə verib.