01 aprel 2024 13:38
392

AFFA prezidenti Vaqif Sadıqovu təbrik edib

AFFA prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovu yubileyi münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, funksioner veteran futbolçuya cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun 65 yaşı tamam olur.