Bu gün Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, turun son qarşılaşmasında yeganə qolu 7-ci dəqiqədə penaltidən Kasimir Ninqa vurub.
Bununla da semqayıtlılar dogma meydanda minimal hesablı qələbə qazanıb.
Misli Premyer Liqası,
28-ci tur
31 mart
18:00. “Sumqayıt” 1–0 “Araz-Naxçıvan”
Qol: Kasimir Ninqa, 7-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu