29 mart 2024 17:46
515

İflasa uğrayan "Böyük Ermənistan" ideyası

İşğalçı Ermənistanın Azərbaycan torpaqlarına müdaxiləsi, 17 min kv.km ərazimizi işğal etməsi eyni zamanda erməni tarixçilərinin və siyasətçilərinin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etmələri ermənilərin zamanında edilən güzəştlərə nankorluqlarının və hər bir əməllərinin kökündə işğalçılıq siyasətinin dayanmasının bariz nümunəsidir. Əgər hal-hazırda erməni işğalçıları Azərbaycanın əraziləri ilə bağlı heç bir fakta söykənməyən sərsəm iddialarını ortaya qoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri bəyan etməsin? "Böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməyən və yalançı "erməni soyqırımı"nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevriliblər.

Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsənin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əminamanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneədirlər. İkili standartlar və "xristian hə mrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıqaşkar zidd olaraq Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımları özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi - Qara də niz - Xəzər dənizi arasında geniş torpaqları əhatə etmiş uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək x ülyasındadırlar. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda da yeni mərhələyə qədəm qoyaraq, Azərbaycan tarix elminə hücumlarını daha da genişləndiriblər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını-uydurma "Böyük Ermənistan"ın tərkibhissəsi hesab edən ermənilər indi daha da "dərinə" getməyə başlayıblar. Erməni millətçiləri hazırda Arazdan cənubda-qonşu İran İslam Respublikasının ərazisində öz atababa torpaqlarında yaşayan və özlərini bu gün də "türk" adlandıran azərbaycanlı qardaşlarımızı Ş imali Azərbaycanda yaşayan azərbaycanlılardan tamamilə fərqli olan bir xalq kimi qələmə verməyə başlamışlar. Tarixdə heç bir zaman üç dəniz - Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi arasındakı geni ş əraziləri əhatə edən "Böyük Ermənistan" adlı dövlət olmayıb. Bu uydurmadır və bu uydurmanı elmə sırıyarkən erməni saxtakarları vaxtilə Fəratın yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistan" və "Böyük Ermənistan" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə ediblər və coğrafi termini siyasiləşdirib "Böyük Ermənistan" adlanan coğrafi vilayət həqiqətən də "böyük olduğu üçün deyil", "Kiçik Ermənistan" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırıldı. Yəni bu "böyük", sözün həqiqi mənasındakı "böyük" deyildir. Əslində isə heç bir ilk mənbə tarixdə "Böyük Ermənistan" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyə qədər heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistan" adı həkk olunmuş pul tapılmayıb.

Ermənilərin guya erməni hökmdarı olduğ unu iddia etdikləri parfiyalı II Tiqranın adından zərb olunmuş pullarda da onun "Böyük Ermənistan" hökmdarı olduğu təsdiqlənmir. Beləliklə, "Böyük Ermənistan" tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işğal etmə yi qarşısna məqsəd qoymuş başıbəla "milli ideologiyadır", mürtəce dini-ideoloji və terrorçuişğalçılıq "doktrinasıdır". Bu işğalçı-terrorçu "doktrina" erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur və onun əsasında, artıq yuxarıda qeyd etdiyim kimi, guya vaxtilə "dənizdəndənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək ideyası durur. Bu "ideya"nın saxtalığı ondan aydın olur ki, özlərini az qala regionun "ən qədim xalqı", "Nuh peyğəmbərin övladları" kimi qələmə verən erməni millətçilərinin ulu babaları hesab olunan qəbilələr, ümumiyyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər. Bu həqiqətləri vaxtilə rus tarixçiləri də qələmə alıblar. Məlumdur ki, rus diplomatı Qriboyedov İranda səfir olduğu dövrdə ermənilərin köçürülməsi ilə bağlı narahatçılığını ifadə edərək çara məktub yazıb. Həmin məktubda o, açıq şəkildə bildirir ki, ermənilər məskunlaşdıqları yerlərdə bir qədər yaşadıqdan sonra oranın onların atababa torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş ensiklo pediyalarda da öz əksini tapmışdır. Erməni siyasətçilərinin və onların "uzaqgörən" dövlət xadimlərinin "Böyük Ermənistan" pl anlarının son həlqəsi isə Qarabağ torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir zamanda aparılan siyasətin davamı kimi, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "Böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb.

1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini üzə çıxararaq, guya bu ərazilərin qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə dünyaya car çəkməyə başladılar. Erməni millətçiləri SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. Zamanzaman bu münaqişə erməni din xadimləri, erməni generalları, ermənipərəst xarici havadarlar, xüs usən Rusiyanın ermənipərəst siyasi xadimləri, sonunda erməni lobbisi tərəfindən himayə edilib. Əslində, ermənilərin Dağlıq Qarabağ iddiasının heç bir obyektiv əsası yoxdur. Çünki məsələdə hər şey qondarma, saxt a, subyektiv fakt və amillər üzərində qurulub. Ermənilərin Dağlıq Qarabağla bağlı ərazi iddiası, onların tarixi Azərbaycan torpaqlarına əvvəlcə ovuc-ovuc, sonra qarış-qarış və nəhayət, qucaqqucaq artan ərazi iddialarının ən yüksək pilləsidir. Hələ bu azmış kimi, minlərlə Azərbaycan abidələrini məhv etmiş ermənilər və erməni kapitalının nökərləri Azərbaycanda "erməni xaçı axtarışlarına" çıxıblar. Bütün dünyaya car çəkirlər ki, Naxçıvanda onların tarixi abidələri dağıdılır. Digər tərəfdən Ağdamda "arxeoloji qazıntılar" apararaq "paytaxtlarını" tapırlar.

Cəmilət Əliqayeva,
Bakı şəhəri, Xətai rayonu 165 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü