30 mart 2024 02:56
468

Ermənistana və havadarlarına xatırlatma: Gedən qatarın arxasınca hələ çox baxacaqsınız

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa  müstəmləkəçiliyinə qarşı keçirilən  növbəti etiraz aksiyasında Azərbaycan Bayrağının dalğalanması  Makronun siyasi şizofreniya xəstəliyini şiddətləndirib

 Rəsmi Parisin  neokolonializm  siyasətinə etiraz olaraq bu ölkənin  erməni xislətli qana susayan əsgərlərinin Fransanın müstəmləkə altında saxladığı bəzi Afrika  ölkələrindən çıxarılması Yelisey Sarayının şefinin kürkünə birə salıb. Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı keçirilən  növbəti etiraz aksiyasında  BMT və Yeni Kaledoniya bayraqları ilə birgə Azərbaycanın üçrəngli Bayrağının dalğalandırılması Fransa Prezidenti Emmanuel Makronun  siyasi şizofreniya xəstəliyini ildırım sürəti ilə şiddətləndirib.  Hər zaman haqqın, ədalətin yanında olan,  neokolonializmlə mübarizəyə dəstəyini Bakı Təşəbbüs Qrupunu yaratmaq təşəbbüsü ilə bildirən ölkəmizə minnətdarlıq  ifadəsi olan  Azərbaycanın dövlət atributunun  ön cərgədə qaldırılması, tribunaya sancılması, bəzi etirazçıların üzərində Azərbaycan və kanak bayraqlarının əksi olan köynəklərlə meydanda  görünməsi erməni havadarları olan Fransa rəsmilərini pərişan edib.

Bəllidir ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda  nazirlər toplantısı çərçivəsində XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrindəki  xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək təşəbbüsü bəyənilib.  «Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”» adlı  həmin tədbirin iştirakçıları tərəfindən  Bakı Təşəbbüs Qrupunun yaradılmasından sonra  neokolonializmə qarşı mübarizə   güclənib. Bakıda  Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə «Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf» mövzusunda keçirilən  konfrans iştirakçılarına  müraciət edən Prezident İlham Əliyev kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqların yanında olacağını bildirmişdi: «Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.»

Xatırladaq ki,  Azərbaycanın sədrlik etdiyi Bakı Təşəbbüs Qrupunu dəstəkləyənlərdən biri də  Yeni Kaledoniyadır. Şimalı Afrika ölkələrində  əsrlər boyu  yüz minlərlə insanı qətlə yetirən Fransa  Əlcəzairdə, Burkina-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal, sərvətlərini talan edərək  xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər insanlıq və bəşəriyyət əleyhinə vandallıqdır. İnsanlığa qarşı dəhşətli  cinayətlərini hələ də davam etdirən,  neokolonialist  siyasətindən əl çəkməyən Fransanın ölkəmizə qarşı  həyata keçirdiyi   təxribatların əsas  məqsədi  Cənubi Qafqazda liderlik  rolunu getdikcə gücləndirən  Azərbaycanın reallıqlarına kölgə salmaq, kölə xislətli  Ermənistandan istifadə etməklə mənfur niyyətlərini gerçəkləşdirməkdir. Ermənistanı yeni müharibəyə  hazırlayan, hər birinin Cənubi Qafqazda özlərinə xas mənfur niyyətləri  olan Ermənistan- Fransa- Hindistan- Yunanıstan kvartetini formalaşdırmağa çalışan Makron unudur ki, bölgədə təsir güclərini artırmaq üçün İrəvandan istifadənin, kənar güclərin bölgəyə müdaxiləsinin qarşısı həmişə olduğu kimi, yenə də  qətiyyətlə alınacaq. Çox təəssüf ki,  Azərbaycandan aldığı zərbələrdən başını itirən Makronun Cənubi Qafqaz iştahası bitmir. Azərbaycan əleyhinə sövdələşmələrinin miqyasını genişləndirən Makronun guya ermənilərə  humanitar yardım toplamaq bəhanəsi ilə  anti-Azərbaycan ruhlu konfransın keçirilməsi təşəbbüsünün baş tutmaması da Fransa Prezidentini təbdən çıxarıb. Ermənilərin  ən yaxın dəstəkçisi kimi islamofob meyilləri gücləndirməklə xristian təəssübkeşliyini açıq-aşkar bəyan edən  Makron aydın başa düşür ki,  Fransanın Ermənistanla bağlı siyasəti heç vaxt  ciddi nəticə verməyib, bundan sonrakı təşəbbüsləri də elə Yelisey Sarayının dəhlizlərində çürüyəcək. Yəni, qərəz, şantaj, təzyiq məqsədilə  Cənubi Qafqaza müdaxilə planı da baş tutan məsələ deyil.   Çünki   «Dağlıq Qarabağ münaqişəsi»nin  artıq tarixə çevrildiyini beynəlxalq təşkilatlar da etiraf edirlər.  Ermənistanın çıxış yolu Azərbaycanla anlaşmaq, daha doğrusu, onun şərtlərini qeyd-şərtsiz yerinə yetirməkdir.  Rəsmi İrəvanın reallığı düzgün qiymətləndirən, barmaqla sayılacaq qədər olan siyasətçiləri də etiraf edirlər ki, Fransanın və digər dövlətlərin  Ermənistana silah-sursatla bağlı  yardımları nəticəsiz qalacaq.   Azərbaycan çox güclü, müstəqil siyasəti dəstəklənən dövlətdir.  Erməni lobbisinin təsirləri ilə  özünü rəsmi İrəvana yaxın göstərməyə çalışan Fransa  «lideri»nin  hayların təsirinə  düşməsi   dövlət başçısı kimi Makronun  acizliyini, gücsüzlüyünü təsdiqləyir.

 Cəhənnəmə gedənin özünə yoldaş axtarmaq məsəlinə uyğun seçim edən Fransa Prezidentinin uğursuzluğa məhkum  mənfur təşəbbüslərinin bumeranq effekti verəcəyi bəllidir. Afrikada üzləşdiyi rəzalətdən qurtarmayan Makron Cənubi Qafqaz siyasətinin də  iflasa uğrayacağını aydın başa düşür. ABŞ Konqresinin Nümayəndələr Palatasında «Dağlıq Qarabağın gələcəyi»” mövzusunda keçirilən dinləmələrin   gələcəyinin olmadığını  Ağ Evdəki  rəsmilər  kimi Makron da anlamalıdır.  «Surrerlər»in  terror yuvasına, narkoplantasiyalar məkanına çevirdikləri  «Dağlıq Qarabağ» ifadəsi  yoxdur. Bundan sonra da olmayacaq. Gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində qurmağa çalışan marionet Hayastan isə  «dəmir yumruğ»u unutmamalıdır. Prezident İlham Əliyevin  «Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq» sözləri avropalı parlamentarilərə, artıq nüfuzdan dışmüş Fransa Prezidenti Emmanuel Makrona Azərbaycanın  Ali Baş Komandanından «dəmir yumruq»  xəbərdarlığıdır.    Azərbaycanla təhdid dilində danışmağın fayda verməyəcəyini, Cənubi Qafqaz iştahasının baş tutmayacağını başa düşən Makronun Ermənistanı yeni müharibəyə hazırlaşdırmaq niyyətləri məhvə məhkum neokolonialist  siyasətinin rəzilliyidir .

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın vasitəçiliyi ilə təşkil edilən  Prezident İlham Əliyevlə Ermənistanın baş nazirinin görüşü, eyni  çərçivədə  Berlində  Azərbaycanla Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı danışıqlardan sonra   Paşinyanın Tavuşa getməsi adi məsələ deyil. Həmin görüşdə baş nazirin   tavuşlulara heç bir şərt irəli sürülmədən  Azərbaycan kəndlərini  qaytarmağın zəruriliyini  bildirməsi, rəsmi Bakının tələbinə etirazın  yaradacağı vəziyyəti «Bir həftə sonra müharibə olacaq”, bu müharibədə Ermənistan tək qalacaq» sözlərilə çatdırması çox mətləblərə aydınlıq gətirir.  Belə ki, aprelin 5-də keçirilməsi nəzərdə tutulan, regionun gələcəyi üçün yaxşı heç nə vəd etməyən Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının nəticələri bəri başdan bəllidir.

 Xuraman İsmayılqızı,  «İki sahil»