KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Xalq dağıdıcı düşərgəni 25 il əvvəl boykot edib

19 fevral 2018 14:18
6240

Artıq 11 aprel seçkilərində iştirak etmək üçün namizədlərin irəli sürülməsi kampaniyası çərçivəsində cərəyan edən proseslər göstərir ki, Azərbaycanda növbəti prezident seçkiləri də siyasi rəngarəngliyi ilə seçiləcək. Seçkilərdə bütün namizədlərə bərabər imkanlar yaradılacaq. Bunun üçün isə Azərbaycanda illərdən bəri formalaşmış seçki ənənələri mövcuddur və bu sahədə də dövlətimiz dünya ölkələrinə nümunə ola bilər.

Bununla belə, prezident seçkilərində bir xoşagəlməz ənənə də davam etməkdədir ki, bu da dağıdıcı müxalifətin məğlubiyyətdən sığortalanmaq cəhdidir. Məsələ ondan ibarətdir ki, heç bir sosial bazaya malik olmayan dağıdıcı düşərgə təmsilçilərinin 25 ildir ki, davam edən məğlubiyyətlərinə daha bir prezident seçkisi əlavə olacaq. Məhz bundan sığortalanmaq üçün seçilən əsas vasitə isə siyasi şouya əl atmaqdır. Söhbət ondan gedir ki, dağıdıcı düşərgə məğlubiyyətini  seçkilərin nəticələrinin guya “saxtalaşdırılması  şousu” ilə azdırmağa çalışırdılarsa, artıq belə şoular onların özləri üçün də inandırıcı gəlmir. Bu məqsədlə də dağıdıcı düşərgə “iştirak edib məğlub olmaqdansa, iştirak etməsəm daha yaxşıdır” deyib öz aləmlərində seçkiləri guya boykot etdiklərini düşünürlər. Reallıqda isə seçkilərə o siyasi qüvvə təsir etmək imkanında olur ki, onu böyük seçici ordusu dəstəkləyir. Dağıdıcı düşərgədə təmsil olunanları isə xalq 25 il əvvəl boykot edib və dağıdıcıların nəyisə boykot etmələri barədə danışmaları olduqca gülüncdür.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, keçirdikləri aksiyalara 100-150 adam yığa bilməyən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və digər bu kimi avantüristləri düşündürən əsas məsələ iddia etdikləri kimi xalqın maraqları deyil,  antiazərbaycan mərkəzlər qarşısında özlərini göstərmək cəhdləridir. 

Ancaq görünən odur ki, ömürlərini antiazərbaycan qüvvələrin əlaltısı kimi başa vurmağa çalışanlar təkcə dağıdıcı müxalifətdə təmsil olunanlarla yekunlaşmır.

Görünür, Avropadakı antiazərbaycan mərkəzlər  artıq dağıdıcı müxalifətə etibar etmədiklərindən düşərgədəki əqidəsi bir neçə dəqiqədə dəfələrlə dəyişməyə alışıq olan “gəncləri” Almaniya, Fransa kimi ölkələrdə yerləşdirməklə Azərbaycan əleyhinə olan fəaliyyətə nəzarəti daha da gücləndirmiş hesab edirlər. Hətta vəziyyət o həddə çatır ki, belə “gənc”lər  sosial şəbəkələrdə dağıdıcı müxalifətə dərs keçməyə , onları asanlıqla əvəz etmək iqtidarında olduqlarını sübut etməyə çalışırlar. Beləliklə də cüzi “əmək haqqı” müqabilində manqurtlaşdırılan Orduxan Bəbirov, Məhəmməd Mirzəli, Tural Sadıqlı kimi “mühacir”lər antiazərbaycan mərkəzlərə xeyli miqdarda vəsaitə qənaət etməyə də imkan verir. Məsələ burasındadır ki, belə manqurtlara Əli Kərimli və digərləri kimi cangüdən, xidməti avtomobil, övladları üçün xaricdə təhsil, lüks yaşayış kimi imkanlar yaratmağa da ehtiyac qalmır. Üstəlik ölkədəki dağıdıcı müxalifət Avropadakı mərkəzlərə maliyyə fırıldaqları gəlməkdə də böyük təcrübə qazanıb və bu fakt  da avropalıların nəzərindən yayınmır. Eyni zamanda, düşərgədə pul mübahisələri, bu işlərə məsul olan Ə.Kərimlinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlının həbsdə olması “mərkəz”ləri şaxələndirilmiş “fəaliyyət”ə şərtləndirir. Axı, küçələrə adam yığa bilməyəndən sonra onlar üçün nə fərqi var ya dağıdıcı müxalifət, ya da ki, “mühacirlər”. Dağıdıcı müxalifət də virtual məkandan ibarətdir, “mühacir “lər də. Belə vəziyyətdə “mərkəz”lər daha az vəsaitlə istədiyinə nail olmağa çalışır. Həmçinin manqurtlaşmış gənclər arasında isə Azərbaycan əleyhinə fəaliyyət üzrə əsl “rəqabət” formalaşdırılır.

Odur ki, əlaltısı olduqları mərkəz qarşısında etibar qazanmaq üçün hər oyundan çıxmağa hazır olan bu  manqurt gəncləri nə ailə üzvləri, nə də ki, doğulduqları Vətənləri maraqlandırır. Belə məlum olur ki, avaralanmaq üçün bir az pul və yatacaq yer Orduxan, Məhəmməd, Tural kimi “gənc”lərin  Azərbaycana düşmən kəsilməsinə bəs edir. İntellekti, savadı, dünyagörüşü olmayan, bircə dəfə də olsun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs etməyən belə manqurtları antiazərbaycan mərkəzlərindən idarə etmək də çətin olmur. Elə sosial şəbəkələrdəki statusları,  paylaşdıqları videolarda özlərini aparmaları və danışıq tərzləri də bunu bir daha sübut edir. 

Bax, elə  manqurtlaşmış “mühacirlərin” acı faciəsini də bu təşkil edir.