19 fevral 2024 10:01
249

Uzaqgörən və qətiyyətli siyasət

Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etmişdir. Ali Baş Komandanın “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi.

Cənab Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, Azərbaycanı ən güclü dövlətlərindən birinə çevirdi. Həsrət qaldığımız torpaqlara 44 gün ərzində bizi qovuşdurdu və xalqımızı öz rəşadətli ordusu ilə birgə qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq tarixinə çevrildi.

Müharıbədən sonra ölkə imicinin formalaşdırılması və qorunması əsas prioritet məsələlərdəndir.İşğaldan azad olunmuş ölkələrdə yaşayış infrastruktrunun yaxsilaşmasi,böyük köç ilə birlikdə  qaçqın və məcburi köçkünlərin sosial təminatına dovlət dəstəyinin verilməsi ümdə duran məsələlərdəndir. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə demək olar.

 Hazırda ölkəmizin beynəlxalq arenada artan nüfuzu Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti,qətiyyətli mövqeyi,siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir. Balanslaşdırılmış xarici siyasət,türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi,ölkənin öz mövqeyini müdafiə etməsi,strateji əhmiyyətli dovlətlərlə əlaqələrin mohkəmləndirilməsi ,ölkədə beynəlxalq və mötəbər tədbirlərin keçirilməsi və təmsil olunması ölkə başçısının əsas hədəflərindəndir. Qarabağın azad edilməsi ilə bağlı keçirilən  siyasətdə ölkənin öz müqəddaratını təyin etməsində Ali Baş Komandanın rolu, ölkənin mənafeyi üçün danışıqların aparılması kimi mövqe yalnız cənab prezidentə məxsus ola bilərdi. Biz xalq olaraq,cəmiyyət olaraq inanırıq ki,ölkəmiz həm diplomatik,həm iqtisadi,həm təhsil sahəsində ardıcıl uğurlara imza atacaqdır.

Vüsalə İsmayılova,
Xətai rayonu Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü