17 fevral 2024 09:01
280

Suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa edən ölkəmiz yeni reallıqlar yaradıb

Ermənistanının Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranan münaqişə XX  yüzilliyin ən faciəli münaqişələrindən  biri olub. Erməni  diasporu və lobbisi bu  münaqişəni  öz iddialarına  əsasən təbliğat işinə uyğun olaraq öz  maraqları çərçivəsinə uyğunlaşdıraraq ona uygun şəkildə addım atmışlar. Keçmiş münaqişə  dövründə Ermənistan silahlı qüvvələri  hərbi  və mülki  şəxslər arasında körpə, cavan, yaşlı demədən amansızlıqla qətlə  yetirib.  1993-cü ildə, ölkəmizin ağır vəziyyətində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətimizi xilas etdi.  Ölkə  ərazisində siyasi  sabitlik  əldə  edildi,döyüş qabiliyyətli güclü ordunun yaradılmasına başlanıldı. Keçmiş münaqişə çərçivəsində daxili  və siyasi amillər nəzərə alınmaqla strateji və hərbi siyasi amillər önə çəkildi.1994-cü ildə mayın 12 -də atəşkəsə dair razılıq əldə  olundu. Bu tarixə qədər Azərbaycan  Respublikasının 20 faiz  ərazisi Ermənistan ordusu  tərəfindən işğal olunmuşdu. Münaqişə əsnasında itgin düşmüş 3890 soydaşımızın , 872  nəfərin 2020 –ci il dekabrın 1 –nə qədər taleyi  məlum olmamışdır.

Ermənistan –Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar müstəvisində ciddi      şəkildə müzakirə  mövzusu olub. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının  Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını  tələb  edən 4 qətnamə qəbul etmişdi. Amma Ermənistan bunlara əməl etmədi. Azərbaycan özü qətnamələri icra edərək ədaləti bərpa etdi. 

2016-cı il aprelin 2-də qoşunların təmas xəttində  yaranan gərginlik  nəticəsində yenə də sivil əhalinin yaşadığı ərazilər  hücuma məruz  qalmışdır. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu işğal altındakı ərazilərini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa edən ölkəmiz yeni reallıqlar yaradıb.

Şəhla Verdiyeva,
Xətai rayonu, İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü