07 fevral 2024 18:18
316

"Napoli"nin prezidenti: Spalettinin getməsinə icazə verməklə səhv etdim

"Napoli"nin prezidenti Aurelio de Laurentis komandanın sabiq baş məşqçisi Luçano Spaletti haqqında danışıb.

“İki sahil” xəbər verir ki, o, mütəxəssisin komandadan ayrılmasına razılaşdığı üçün peşman olduğunu deyib: “Spaletti? Mən onun komandadan ayrılmasına icazə verməklə səhv etdim. Yanıldım. Bu səhv idi”.

Qeyd edək ki, Spaletti 2021-2023-cü illərdə "Napoli"yə baş məşqçilik edib. Komanda onun rəhbərliyi altında A seriyasının 2022/23 mövsümünün qalibi olub. Bu, "Napoli"nin 33 il sonra ilk çempionluğu idi.

"Napoli"nin hazırkı baş məşqçisi isə Valter Madzarridir. Neapol təmsilçisi hazırda A seriyasının turnir cədvəlində 35 xalla 7-cidir.