26 iyul 2026 14:43
111

“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib

KuPS-un Finlandiya çempionatında VPS üzərində 3:1 hesablı qələbəsindən sonra komandanın baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, o, Bakıdakı ilk görüşdən sonra cütün taleyinin hələ də açıq qaldığını bildirib.

“Əlbəttə, cavab oyunu öncəsi vəziyyət Bakıdakı matçdan fərqlidir. Orada elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik. Ancaq növbəti mərhələyə yüksəlmək üçün öz oyunumuzu yaxşılaşdırmalıyıq. Bununla özümüzə mümkün olan ən yaxşı şansı yaratmalıyıq”, – deyə Nuutinen bildirib.

Qeyd edək ki, “Sabah” Bakıda keçirilən ilk oyunda KuPS-a 1:0 hesabı ilə qalib gəlib.

Cavab görüşü iyulun 28-də Kuopiodakı “Väre Arena”da keçiriləcək.