26 iyul 2026 10:51
102

Messi DÇ-2026-dan sonra ilk dəfə...

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatından sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

“İki sahil” xəbər verir ki, Argentina millisinin 39 yaşlı kapitanı oğlu Mateo ilə birlikdə ölkə çempionatının Primera C liqasında Rosario şəhərinin "Leones" və "Sentral Kordova" komandaları arasında keçirilən oyunu izləməyə gəlib.

Azarkeşlər Messini böyük coşqu ilə qarşılayıblar. Əfsanəvi futbolçu kameraların onu çəkdiyini gördükdə tribunadakı azarkeşlərə gülümsəyib, əl sallayaraq yüksək əhvali-ruhiyyədə olduğunu nümayiş etdirib. Onu yaxından görmək üçün stadionun girişində çoxsaylı azarkeş toplaşıb.