03 fevral 2024 21:38
338

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır

Müasir Azərbaycan müstəqil və güclü dövlətdir. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20% -ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan- Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi. Ermənistan tərəfi, sadəcə olaraq, status-kvonu möhkəmləndirməyə çalışırdı. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ötən müddət ərzində Ümumilli Lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı,siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyü üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bərpa etdi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah  və hərbi texnika ilə gücləndirildi,hərbçilərin bilik və bacarıqları artırıldı.

Beləliklə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına ,Azərbaycanın Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücüm əməliyyatı işə düşdü,sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Dövlət başçımızın uzaqgörən siyasəti və ordumuzun peşəkarlığı nəticəsində şanlı qələbələr əldə etdik,dövlətimizin qüdrəti bütün  dünyaya nümayiş etdirildi.  Hal-hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən –ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən  və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Bütün bunlar Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin fəailiyyəti sayəsindədir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti 1 fevral 2024-cü il tarixində  Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonqu qəbul edib. Baş katib Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin olunması münasibətilə Prezidenti təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaradır. Dövlətimizin başçısı deyib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli ilə məşğul olmadı, heç bir nəticə əldə edilmədi,məcburi köçkünləringeri qayıtması təmin olunmadi.Azərbaycan  tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək,ona müvafiq  sanksiyalar tətbiq etmək barədə fikirlər irəli sürdüyü halda ,o vaxtlar Minsk qrupu tərəfindən heç bir  addım atılmadı. Prezident diqqətə çatdırıb ki, 2020-ci  il 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfdən isə buna adekvat reaksiya verilmədi.Buna görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin  təşəbbüskarı Azərbaycan olub.Həmçinin 2020-ci il 44 günlük  Vətən müharibəsi bitdikdən sonra Ermanistanın üçtərəfli bəyanat çərçivəsində  üzərinə götürdüyü bir sıra  öhdəliklərini yerinə yetirmədiyini, Qarabağ bölgəsində da seperatizmin maliyyə,hərbi və digər vasitələrlə dəstəklədiyini bildirdi. Azərbaycan Prezidenti ötən il  2 sentyabrda Ermənistan rəhbərliyinin qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi münasibətilə göndərdiyi təbriki, sentyabrın 9-da keçirilmiş dırnaqarası prezident seçkilərinin sülh prosesinə ciddi zərbə vurduğunu ,Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirilməli olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki,Azərbaycanla Ermənistan arasında  artıq de-fakto sülh mövcuddur,iki ölkə arasında bir neçə aydır ,sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırmaq üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycan qarşı ərazi iddialarına son qoyulmalıdır.

Həmçinin qonaq  Beynəlxalq Parlamentlər İttifaqının Azərbaycanın və Ermənistanın Parlament nümayəndələri arasında  dialoq üçün  platforma ola biləcəyini təklif kimi irəli  sürdü.   Dövlətimizin başçısı isə bu təklifi yüksək qiymətləndirib belə bir dialoqun Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. Bir sözlə,görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Şəfanə Əhədova,
YAP Xətai rayon təşkilatının "Gəncə prospekti 18A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü