02 oktyabr 2024 15:43
133

SOCAR “Qazpromneft” ilə müzakirələr aparır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazpromneft” ASC qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf ilə “Qazpromneft”in İdarə Heyətinin sədri Aleksandr Dyukov arasında görüş keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://x.com/SOCARofficial/status/1841417315109191875?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1841417315109191875%7Ctwgr%5E28eb35d422e054b7da1ebdd984af2f0a1a7d704e%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fpublish.twitter.com%2F%3Furl%3Dhttps%3A%2F%2Ftwitter.com%2FSOCARofficial%2Fstatus%2F1841417315109191875