04 fevral 2024 13:22
353

AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin hüquqları bərpa olunmayacağı təqdirdə...

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistan dövləti tərəfindən ərazilərinin işğalının beynəlxalq səviyyədə həll olunmasına çalışmışdır. Nəinki Azərbaycan ərazisində bütün Cənubi Qafqaz regionunda sülh və əmin-əmanlığın olması dövlətimizin xarici siyasətinin ana xəttini təşkil edir. BMTnin  Qarabağ münaqişəsinin həllinə dair qəbul etdiyi 4qətnamə uzun illər öz həllini tapmamışdır. Cənubi Qafqaz regionunda siyasi vəziyyətin gərginləşməsi müharibə təhlükəsinin artmasına şərait yaratmışdır. Minsk qrupunun həmsədrlənin  ölkəmizə qarşı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi həmsədrlərin fəaliyyətsizliyini üzə çıxardı.

Fevralın 1-də Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə Prezident İlham Əliyev arasında görüş olmuşdur. Görüş zamanı Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırmışdır. Prezidentimiz bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını qeyd edib.

Dövlət başçısı mötəbər qonaqla söhbətində Cənubi Qafqaz regionunda sülhün qorunmasının Azərbaycan dövləti üçün vacibliyindən danışaraq hələ 2011-ci ildən üzv olduğumuz Qoşulmama hərəkatında Azərbaycan dövlətinin sülhsevər mövqeyini xüsusi qeyd etmişdir.Azərbaycan 4 ildir Qoşulmama hərəkatına sədrlik edir.Bu müddət ərzində nəinki Cənubi Qafqaz regionunda hətta bütün dünyada sülhün keşikçisi mövqeyindən çıxış etmişdir. 

Həmçinin bu görüşdə dövlət başçısı Avropa Şurasının Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirmiş bu mötəbər qurumun Azərbaycan-Ermənistan münaqişəsinin həllində dialoqa xidmət etmədiyini vurğulamışdır.Prezident Minsk qrupunun həmsədrlərindən olan Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək bu münaqişəni daha da gərginləşdirməsi Ermənistanın millitarizasiya siyasəti apardığını geosiyasi intriqaların təşəbbüskarı olduğunu söyləmişdir.Rəsmi Parisin müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütməsi bizim tərəfimizdən bir mənalı qəbul edilə bilməz.Prezident Fransanın Cənubu Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədi ilə siyasət yürütdüyünu lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu qonağın nəzər diqqətinə çatdırmışdır.Bu baxımdan prezident Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı münasibətin müsbət mənada dəyişilməsini və nümayəndə heyəti üzvlərinin hüquqlarının bərpa olunmasının vacibliyi məsələsinə toxunmuşdur. Ölkə Prezidenti Azərbaycan nümayəndə heyəti üzvlərinin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını qonağa söyləmişdir.
 
Aygün Hüseynova,
YAP Xətai rayon təşkilatının "Gəncə prospekti 18A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü