04 fevral 2024 11:10
321

Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. O, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inkişaf etməsinə öz töhfələrini vermişdir. Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Müxtəlif beynəlxalq təşkilatların bütün sammitlərində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ermənilərin işğalçılıq siyasətinin ifşa olunmasında böyük xidmətlər göstərmişdir. 
2020-ci il sentyabrın 27-də ermənilər təxribat törədərək yenidən hücum edirlər. Şanlı ordumuz əks-hücum əməliyyatlarına başlayaraq təxribatların qarşısını almağa çalışır. 2020-ci il noyabrın 10-a qədər davam edən hərbi əməliyyatlar Azərbaycan ordusunun rəşadəti, Prezidentin uzaqgörən diplomatik bacarığı sayəsində qələbə ilə nəticələndi. Möhtərəm Prezidentimiz, xalq və şanlı ordumuzun dəmir yumruq altında birləşməsi nəticəsində Qarabağımız işğaldan azad edildi.
Prezident İlham Əliyev son 200 ildə torpağımızı işğaldan azad edən komandan kimi tarixə adını yazdı. 44 gün Azərbaycan o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış Şanlı zəfərimizin ömrünə çevrildi. Heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə çatdırdı. Lakin çox təəssüflər olsun ki, Prezidentimizin, dövlətimizin və ordumuzun uğuruna kölgə salanlar bu uğurlara müxtəlif mövqedə dayanan dövlətlər də az olmadı. Eləcə də son günlərdə beynəlxalq təşkilatların bizə olan münasibətlərində müxtəlif mövqelərin sərgiləndiyinin şahidi olduq. Bu xoşagəlməz hadisələrdən biri Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı riyakarcasına qəbul olunmuş qərardır.

Lakin Azərbaycana dost olan hər zaman hörmətə əsaslanan qarşılıqlı münasibətlərin mövcud olduğu, haqqı sonunadək müdafiə etmək bacarığında olan qurumların mövqelərini də müşahidə edirik. Bu qurumlardan biri də 1989-cu ildə yaradılmış dünyada sülhü, demokratiyanı, davamlı inkişafı təşviq edən Parlamentlərarası İttifaqdır. Fevralın 1-də Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə Prezident İlham Əliyev arasında görüş olmuşdur. Görüş zamanı Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırmışdır. Prezidentimiz bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını qeyd edib. Dövlət başçısı digər məsələlər ilə yanaşı diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini nəzərinə çatdırmışdır. Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Bu danışıqları təşəbbüskarı Azərbaycan olub. Prezident İlham Əliyev eyni zamanda vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bu neçə aydır ki sülh şəraiti mövcuddur. Amma bu prosesin rəsmiləşməsi üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı iddialarına son qoyulmalıdır. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılaraq Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu dövlət başçısı ehtiramla vurğulamışdır.

Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın  parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edərək eksklüzivliyin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini dövlət başçısına çatdırmışdır. Və eyni zamanda COP29-la bağlı dövlətimizin başçısını təbrik edərək parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən bu tədbirin nə qədər önəmli təşəbbüs olduğunu təqdir etmişdir. Aldığı cavabdan çox məmnun olduğunu bildirmişdir.

Elvira Mahmudova,
YAP Xətai rayon təşkilatının üzvü,
Əhmədli qəsəbəsi, Mehmandarov küçəsi 9 ünvanında yerləşən 264 saylı məktəb-liseyin tarix müəllimi