03 fevral 2024 11:45
372

"Real" 17 yaşlı qapıçı transfer edib

"Real" heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, klubun saytı məlumat yayıb. Madrid təmsilçisi 17 yaşlı ukraynalı qapıçı İlya Voloşini transfer edb.

Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edilir ki, futbolçunun hazırda boyu 202 santimetrdir. Onun son klubu isə "Novelda" olub (İspaniya).