25 iyul 2026 17:25
104

Rəqibi təpiklədi, 5 illik cəza aldı

Braziliyada qadınlar arasında futzal oyununda xoşagəlməz hadisə yaşanıb.

“İki sahil” xəbər verir ki, insident Eusebio bələdiyyəsinin çempionatında "RDJ Sport" və "As Resenhas" komandaları arasında keçirilən matç zamanı baş verib.

Görüşün ikinci hissəsində hesab "RDJ Sport"un xeyrinə 1:0 olarkən "As Resenhas"ın futzalçılarından biri rəqibini yerə yıxdıqdan sonra onun baş nahiyəsinə iki dəfə təpik vurub.

Bundan sonra "RDJ Sport"un digər oyunçusu komanda yoldaşını müdafiə etməyə çalışsa da, o da rəqibin hücumuna məruz qalıb və üz nahiyəsindən yumruq zərbələri alıb.

Hakimlər oyunu dayandırsalar da, bir qədər sonra qarşılaşma bərpa olunaraq başa çatdırılıb.

Eusebio bələdiyyəsi hadisə ilə bağlı yaydığı açıqlamada insidentdən təəssüfləndiyini bildirib. Aqressiv davranış göstərən futzalçının növbəti 5 il ərzində bütün idman yarışlarından kənarlaşdırıldığı açıqlanıb.