25 iyul 2026 18:03
93

"Real"ın 100 milyonluq təklifi rədd edildi

"Leyptsiq"in hücumçusu Yan Diomandenin transferi uğrunda mübarizə davam edir.

“İki sahil” xəbər verir ki, 19 yaşlı hücumçunu heyətinə qatmaq istəyən klubların sayı getdikcə azalır.

Son olaraq "Arsenal" və "Mançester Siti" futbolçunun gələcəyi ilə bağlı planları ilə onu razı sala bilməyib və transfer yarışından geri çəkilib.

Bu arada "Leyptsiq" "Real"ın Diomande üçün etdiyi 100 milyon avroluq təklifi də rədd edib.

Hazırda futbolçunun transferi ilə bağlı danışıqlarda ən əlverişli mövqeyə malik klub "PSJ" hesab olunur.