03 fevral 2024 09:46
302

FİFA prezidentindən təklif

FİFA prezidenti Canni İnfantino alqoritmdən istifadə ilə futbolçular üçün qiymətlərin müəyyən olunmasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

"İndi bizim üçün bu və digər mövzular haqqında danışmaq həmişəkindən daha vacibdir. Məsələn, transfer sistemində şəffaflığı artırmaq və maraqlı tərəflərə kömək etmək üçün transfer haqqının ədalətli dəyərini qiymətləndirmək üçün alqoritmdən istifadə imkanlarının müzakirəsi", - o bildirib.