02 fevral 2024 23:29
449

Mənəviyyatsız antimilli ünsürlərin qatarları çoxdan gedib...

Bu günlərdə müxtəlif bəhanələrlə bəzi Qərb ölkələrində “siyasi mühacir” adı ilə sığınacaq tapan məlum autsayderlər dəstəsinin fəal üzvlərindən olan, “Üç palma”çı Qənimət Zahidin, Arif Şahmarlının, Leyla və Arif Yunusların və digərlərinin “təşəbbüsü” ilə Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) adlı bir təşkilat yardıldığı haqqında yazmışdıq. Təşkilatın yaradılmasının elan edildiyi iclasda Beydulla Manafovun söylədiyi kimi, AXCP sədri Əli Kərimlinin “siyasi mühacirlər” arasındakı desantı Qənimət Zahid həddindən artıq cənfəşanlıq etməsi ilə diqqəti çəkirdi.

Düz 30 ildir ki, ölkəmizdə “müxalifətin diktaturasını” yaradan, qərəzli xarici dairələrin sifarişi ilə sosial şəbəkələr vasitəsilə cəmiyyətdə xaos və antoqonist münasibətlər yaratmaq üçün dəridən-qabıqdan çıxan AXCP sədri Əli Kərimlinin bu təşkilatın yaradıcılarına “təbrik məktubu” ünvanlaması Q.Zahidin cənfəşanlığının qaranlıq qalan tərəflərinə işıq saldı. Bu məqluqların xislətinə və məlum düşərgədə uzun illərdən bəri baş verənlərə yaxşı bələd olan açqıgözlü adamlara o dəqiqə aydın oldu ki, deyəsən ortada yenə ermənipərəst dairələrin nüfuz dairəsində olan təşkilatların ayırdığı külli miqdarda çirkli pullar “qrant” adı ilə dövriyyəyə buraxılıb. Ə.Kərimli-Q.Zahid cütlüyü də ac canavarlar qanın qoxsunu aldığı kimi, bu “qrantlar”ı ələ keçirməyə susayıblar. Ona görə də bu manqurtlaşmış məxluqlar nə yolla olursa-olsun, bütün müqəddəs dəyərləri ayaqlar altına ataraq Vətəni, xalqı satmaq, şər-böhtan yağdırmaq bahasına olsa da o dollarları, avroları ələ keçirmək üçün bir araya gələrək Azərbaycan dövlətinə, dövlətçiliyinə savaş açan xaicdəki ağalarının dəstəyi ilə ASİMKOM adlı yeni antimlli layihəni ortalığa atıblar.

Heç şübhəsiz ki, antimilli ünsürlərin bu layihəsi də uğursuzluğa düçar olacaq və sonda Ə.Kərimli ilə Q. Zahid əvvəllər olduğu kimi, “qrant” məsələsində bir-birilərinə atacaqlar. Sonra da bir-birilərini məşhər ayağına çəkəcəklər. Axı əvvəllər də belə şeylərin şahidi olmuşuq. Bir neçə il bundan əvvəl AXCP sədri Əli Kərimli ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid arasında münasibətlər 175 min avro qrant üzündən düşmənçilik səviyyəsinə çatmışdı. Çünki Corc Sorosa bağlı donor təşkilatlardan birinin layihə çərçivəsində “Azadlıq” qəzetinə ayırdığı pulun müəyyən hissəsini Q. Zahid “şefi” Ə.Kərimliyə çatdırmamışdı. Əsl dava da bundan sonra başlamışdı. O zaman Ə.Kərimlinin nümayəndəsi, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə Qənimət Zahid Fransada pul üstündə əlbəyaxa olmuşdular. Yalnız fransız polisinin müdaxiləsindən sonra tərəflər arasındakı, necə deyərlər, “qaydasız döyüş”ü dayandırmaq mümkün olmuşdu.

Nə isə. Mətləbdən uzaqlaşmadan qayıdaq Q.Zahid ilə ASİMKOM məsələsinə. Belə ki, “Azərbaycan saatı” internet tv-də ikrahdoğurucu ritorikası, arqumentsiz mülahizələri, əsassız iddiaları ilə ictimai rəyi şaşdırmağa çalışan, bu üzdən də ictimai qınaq obyektinə çevrilən Q.Zahid yazır ki, Azərbaycandan olan Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi Fransa və Azərbaycan arasında yaranmış ziddiyətlərin mahiyyətini nəzərdə tutaraq Fransa Senatına və Fransa prezidenti cənab Emmanuel Makrona müraciət qəbul edib. Sənəd nəzərdə tutulan ünvanlara da bu gün göndərilib. Müraciətdən bir hissəyə diqqət yetirək: “Fransa Senatı növbəti dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi zərurəti ilə bağlı qətnamə qəbul edib və Fransa hökumətinə çağırış edib ki, bu sanksiyalar təcili tətbiq edilməlidir.... Azərbaycan insan haqlarının dəhşətli dərəcədə pozulduğu, azad mətbuatın tamamilə məhv edildiyi, vətəndaş cəmiyyətinin əsaslarının dağıldığı, qanunsuz və aqressiv bir hakimiyyətin siyasi hakimiyyəti, faktiki olaraq zəbt etdiyi bir ölkədir. Fransa və Azərbaycan hökumətləri arasında ziddiyətlərin səbəbi, mahiyyəti barədə geniş diskussiya aparmaq istəmirik, əgər zəruri saysanız bu məsələnin ayrıca müzakirəsində istənilən səviyyədə iştirak edə bilərik...”

Daha nə deyəsən!? Təbii ki, “ipi” Qərbdəki ağalarının və Qərbin bir parçası olan Fransadakı Azərbaycan düşmənlərinin əlində, əli isə bu zatların və ya zatıqırıqların cibində olan Q. Zahid və Ə.Kərimli kimilərdən bundan artıq heç nə gözləmək olmaz. Ancaq burada bir məsələnin başqa tərəfi də var. Bizcə, xaricdəki anti-Azərbaycan dairələrin bütün “zəhməti” və bu antimlli ünsürlərə səxavətlə payladıqları pulların aqibəti heç də yaxşı olmayacaq. Çünki uzun illər cəmiyyətdən ayrı düşərək margianallaşan, tamamilə nüfuzdan düşən Ə.Kərimli və Q. Zahid kimi “qrant” dəllalları o pulları yeyib üstündən də bir bardaq sərin su içəcəklər. Heç bir iş də görməyəcəklər, daha doğrusu, görə bilməyəcəklər. Çünki onların “hekayətlər”i çoxdan bitib. Bu satqın, mənəviyyatsız antimilli ünsürlərin qatarları isə çoxdan, lap çoxdan gedib...

Zahid Rza, “İki sahil”