02 fevral 2024 14:39
322

İspaniya millisinin üzvü "Bavariya"da

"Bavariya" daha bir transfer edib.

“İki sahil” xəbər verir ki, "Qranada"dan Brayan Saraqosa Münhen klubuna keçib.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniya millisinin də üzvü olan 22 yaşlı vinger "Bavariya" ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

Qeyd edək ki, "Qranada"nın yetirməsi olan Brayan 2020/2021 mövsümün "El Ehido"da icarə əsasında oynayıb.