02 fevral 2024 13:19
328

İngiltərə klubunun müdafiəçisinin "Qalatasaray"a keçidi baş tutmayıb

İngiltərənin "Nottinqem Forest" klubunun müdafiəçisi Serj Oryenin "Qalatasaray"a keçidi baş tutmayıb.

“İki sahil” xəbər verir ki, tərəflər ödəniş şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Kot-d'İvuar millisinin 31 yaşlı üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Onun "Nottinqem Forest" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.