02 fevral 2024 10:07
228

Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutan Azərbaycan gənci

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
HEYDƏR ƏLİYEV

 

Ulu Öndər Heydər Əliyev Azərbaycanda gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Ümummilli lider müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir.Beləliklə, bu gün hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əlbətdə ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev gənclər siyasətini daim dövlətçilik konsepsiyasının əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Gənclərin ictimai fəallığının yüksəldilməsi, onların layiqli vətəndaş kimi formalaşması, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu və sosial-iqtisadi inkişaf proseslərinə yaxından cəlb olunması məsələləri həmişə Ulu Öndərin diqqət mərkəzində olmuşdur.
Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.
Ümummilli Liderimizin öz nitqində bildirmişdir ki, “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.” 

“Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqindən (2 fevral 1996-cı il);
- “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqindən (2 fevral 1996-cı il);
- “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqindən (2 fevral 1996-cı il);
- “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqindən (2 fevral 1996-cı il);
- “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur.” -
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq musiqi festivalı qaliblərinin yekun konsertində çıxışından (1 iyun 1996-cı il);
- “Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bır qrupu ilə görüşdən (1 fevral 1997-ci il);
- “Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşdən (1 fevral 1997-ci il);
- “Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır.” -
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşdən (1 fevral 1997-ci il);
- “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.” -
Azərbaycan Prezidenti tərəfindən şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş Novruz şənliyində çıxışından (20 mart 1997-ci il);
- “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.” -
Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında nitqindən (2 fevral 1998-ci il);
- “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər.” -
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqindən (21 fevral 1998-ci il);
- “Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz.” -
Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdə çıxışından (13 dekabr 1998-ci il);


Fəyaz Həsənli,
Bakı Ali Neft Məktəbinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının üzvü