02 fevral 2024 11:57
349

“Qalatasaray” hücumçusunu satdı

“Qalatasaray”ın futbolçusu Sedrik Bakambu “Betis”ə keçib.

“İki sahil” xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu konqolu hücumçunun transferindən 5 milyon avro qazarıb. La Liqa təmsilçisi Bakambu ilə 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sedrik Bakambu 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edirdi. Konqo millisinin üzvü bu mövsüm Türkiyə klubunda 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.